...

Səfir: Azərbaycan bütün tərəfdaşları ilə münasibətlərin möhkəmlənməsinə sadiqdir

Siyasət Materials 18 May 2018 20:19 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan bütün tərəfdaşları ilə ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına sadiqdir.

Trend-in məlumatına görə, bunu Cənubi Koreyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın bu ölkədəki səfiri Rəmzi Teymurov deyib:

“Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan edilməsi tarixi hadisə idi və ölkəmizin tarixində parlaq səhifələrdən biridir”.

Səfir bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ən yüksək iqtisadi inkişaf templəri ilə regionun mirvarisinə, zəngin mədəniyyəti, təbii ehtiyatları və insan kapitalı olan ölkəyə çevrildi.

Dünyanın demək olar ki, bütün ölkələri, o cümlədən Cənubi Koreya ilə dostluq münasibətləri saxlayan Azərbaycan bütün tərəfdaşları ilə ikitərəfli münasibətlərin möhkəmlənməsinə və inkişafına çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti