...

YAP-ın Xətai rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Siyasət Materials 22 May 2018 17:51 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
YAP-ın Xətai rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbir çərçivəsində gənclərin Prezidentin köməkçisi, tarixçi professor Dilarə Seyidzadə ilə görüşü təşkil olunub. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Seymur Orucov tədbirin əhəmiyyəti barədə danışıb, gənclərin Azərbaycan tarixi barədə maarifləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə D.Seyidzadə gənclərə Azərbaycan tarixi barədə danışıb. O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinin tarixi əhəmiyyəti var: “İlk dəfə Şərqdə çox çətin şəraitdə respublika yarada bildilər, bütün dünyaya nümayiş etdirdilər ki, Azərbaycan xalqı müstəqil ola bilər və bu gün bizim börcumuz hər il bu günü qeyd etməkdir”.

D.Seyidzadə vurğulayıb ki, AXC-ni yaradanlar çətin və zəhmətli yol keçib, Azərbaycanda milli oyanışa nail olmaq üçün çox böyük fədakarlıqlar ediblər: “Bizim hər birimizin borcu Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Əcdadlarımız bu respublikanı bizə çatdırıb və biz də bunu qorumalıyıq”.

Daha sonra tədbir gənclərin sualları ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti