...

Şanxay Əməkdaşlıq Təşkilatı: Azərbaycan inkişaf və tərəqqi yolunda fasiləsiz və dinamik irəliləyiş nümunəsidir

Siyasət Materials 24 May 2018 18:19 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Şanxay Əməkdaşlıq Təşkilatı: Azərbaycan inkişaf və tərəqqi yolunda fasiləsiz və dinamik irəliləyiş nümunəsidir

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bugünkü Azərbaycan inkişaf və tərəqqi yolunda fasiləsiz və dinamik irəliləyiş nümunəsidir. Ölkəniz Azərbaycan xalqının həyatının hərtərəfli yaxşılaşdırılması naminə bütün istiqamətlərdə uğurla inkişaf edir və bu uğurlarda Sizin çox böyük xidmətiniz var.

Tərəfdaşlarınızla qarşılıqlı maraqlar əsasında qurulan münasibətlər, Bakının dəqiq xarici siyasəti ölkənizin imkanlarını artırmağa şərait yaradır, beynəlxalq aləmdə nüfuzunu yüksəldir.

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) maraq və diqqətinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoqun tərəfdaşı kimi ŞƏT məkanında keçirilən tədbirlərdə getdikcə daha tez-tez və fəal iştirak edir. Azərbaycanın səfirliyi tərəfindən bu yaxınlarda Pekində keçirilmiş Mədəniyyət Günü buna parlaq sübutdur. Bu tədbir milli və ənənəvi dəyərlərin nümayiş etdirildiyi parlaq bir aksiya, Azərbaycan xalqının sabit və iqtisadi cəhətdən inkişaf edən bir dövlətdə yaşamaq istəyinin nümayişi oldu.

Zati-aliləri, icazə verin, Sizə möhkəm cansağlığı, respublikanın rifahı naminə məsul dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycanın bütün vətəndaşlarına sülh və firavanlıq diləyim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti