Bakı. Trend:
İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri. Sizi milli bayramınız – Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə İsveçrə Federal Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Sizə Azərbaycan dövlətinin və xalqının rifahı və firavanlığı naminə ən xoş arzularımı bildirirəm. Bu ilin yanvar ayında Dünya İqtisadi Forumu çərçivəsindəki görüşümüzü böyük məmnunluq hissi ilə xatırlayıram. Həmin görüş İsveçrə ilə Azərbaycan arasında çox yaxşı əlaqələrin mövcudluğunu təcəssüm etdirir.
Ölkələrimiz arasında etimad və dostluğa əsaslanan bu münasibətlərin qarşıdakı aylarda və illərdə daha da inkişaf edəcəyinə inanıram.
Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm".