...

Gürcüstanlı ekspert: Türkiyə Azərbaycanın maraqlarına zidd olacaq hər hansı addım atmaz

Siyasət Materials 5 İyun 2018 20:13 (UTC +04:00)
"Ümumiyyətlə, istənilən hakimiyyət dəyişikliyi bir şansdır, məsələ sadəcə bu şansın nə dərəcədə böyük və real olmasındadır".
Gürcüstanlı ekspert: Türkiyə Azərbaycanın maraqlarına zidd olacaq hər hansı addım atmaz

Bakı. Fikrət Doluxanov - Trend:

"Ümumiyyətlə, istənilən hakimiyyət dəyişikliyi bir şansdır, məsələ sadəcə bu şansın nə dərəcədə böyük və real olmasındadır".

Bunu Trend-ə Ermənistanda hökumətin dəyişməsi fonunda Türkiyə-Ermənistan münasibətlərinin normallaşması imkanını şərh edərkən gürcüstanlı politoloq Gela Vasadze deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən ay səsləndirdiyi bəyanatda qeyd olunub ki, Yerevan Ankaraya qarşı iddia irəli sürməyəcək, amma “soyqırım”ın beynəlxalq səviyyədə tanınması səylərini davam etdirəcək.

Ekspert əlavə edib ki, bu açıqlamanın özü ziddiyyət təşkil edir.

G.Vaşadze bildirib ki, iki ölkə arasında bu kimi digər ziddiyyətlər də mövcuddur: “Öz-özlüyündə Türkiyə-Ermənistan münasibətləri mövzusu, əgər Türkiyədən danışsaq, çox maraqlıdır. Çünki Ankara Cənubi Qafqaz siyasətində iştirak etmək imkanına sahib olmaq istərdi”.

Ekspert əlavə edib ki, Türkiyənin Azərbaycanın maraqlarına zidd olacaq hər hansı bir addımı atacağını təsəvvür edə bilmir: “Sərhədlərin açılması istisna olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti