Bakı. Trend:
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Prezident Donald Trampı Kanadanı polad və alüminium üçün tətbiq olunan rüsumu azad etməyə çağırıb.
Trend-in məlumatına görə, belə bir təkliflə Mnuçin Ağ evdə keçirilən görüş zamanı çıxış edib.
Mnuçin ABŞ və Kanadanın polad ticarətində müsbət balansının 2 milyard dollara çatdığını, xidmət sektorunda isə bu rəqəmin təxminən 26 milyard dollar olduğunu xüsusi vurğulayıb. Buna görə ABŞ maliyyə nazirinin fikrincə, ABŞ Kanada üçün istisna etməlidir və rüsumun tətbiq edildiyi ölkələr siyahısından onun adını çıxarmalıdır.
May ayının sonunda Vaşinqton idxal edilmiş polad və alüminium üçün əlavə rüsum tətbiq etməyə başlayıb və Avropa, Kanada, Meksika və digər ölkələr üçün bu rəqəm müvafiq olaraq 25% və 10% təşkil edir. Bir sıra ölkələr artıq ABŞ qərarına qarşı öz etirazlarını bildiriblər.