...

Deputat: TANAP vacib infrastruktur layihəsidir

Siyasət Materials 15 İyun 2018 12:02 (UTC +04:00)
Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından vacib infrastruktur layihəsidir
Deputat: TANAP vacib infrastruktur layihəsidir

Bakı. İlkin Şəfiyev - Trend:

Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyinin təmin olunması baxımından vacib infrastruktur layihəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” çox böyük layihədir:

“Son zamanlar biz ““Cənub Qaz Dəhlizi”” birinci mərhələsini işə düşməsini və TANAP-ın açılışının şahidi olmuşuq. Növbəti mərhələ TAP olacaq. Bu layihəni 21-ci əsrin müqaviləsi adlandırmaq olar. Bunun sayəsində Azərbaycan Aropanı qazla təmin edə və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynaya bilər”.

Deputat xatırladıb ki, “Cənub Qaz Dəhlizi” 30 minə yaxın iş yeri yaratmağa imkan verəcək.

“Azərbaycan yüksək səviyyəli iqtisadi və siyasi əməkdaşlıq tələb edən layihədən istifadə edərək beynəlxalq arenada nüfuzunu daha da artıra bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti