...

Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir

Siyasət Materials 21 İyun 2018 15:02 (UTC +04:00)
Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həlli istiqamətində ATƏT-in Misnk qrupunun səylərini dəstəkləyir.
Mogerini: Aİ Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həllinə sadiqdir

Bakı. Fikrət Doluxanov - Trend:

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin sülh yol ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistan xarici işlər naziri Zoqrab Mnasakayanla birgə mətbuat konfransında bildirib.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. O dövrdən bu günə kimi ATƏT-in Minsk qrupunun himayəsində - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir. İşğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə isə Ermənistan tərəfindən bu günədək icra olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti