Bakı. Trend:
Yaponiyanın xarici işlər naziri Taro Kono Avstraliya, Gürcütan, Azərbaycan, Ermənistan və Polşaya səfər etməyi planlaşdırır.
Trend-in məlumatına görə, nazirin uzunmüddətli xarici səfərlərinin iyulun 4-ü başlaması planlaşdırılırdı.
Agentliyin məlumatına əsasən, ABŞ dövlət katibi Mayk Pompeonun KXDR-ya səfərindən sonra iyulun əvvəllərində Yaponiyaya səfər edəcəyi məlum olduqdan sonra xarici işlər nazirinin turnesinin qrafikində dəyişikliklər ediləcək.