...

Türkiyənin xarici işlər naziri Azərbaycan xalqını təbrik edib

Siyasət Materials 15 Sentyabr 2018 13:05 (UTC +04:00)
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib.
Türkiyənin xarici işlər naziri Azərbaycan xalqını təbrik edib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını təbrik edib.

Trend-in məlumatına görə, M.Çavuşoğlu "Twitter" səhifəsində yazıb:

"Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyini qardaş Azərbaycanla birlikdə qeyd edirik".

Qeyd edək ki, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür. 1918-ci ilin məhz bu tarixində tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyətə malik hadisədir. 70 illik sovet hakimiyyəti illərində bu hadisənin məqsədyönlü şəkildə yanlış kontekstdə izah olunmasına baxmayaraq, Azərbaycan xalqı türk əsgərinin qəhrəmanlığını heç vaxt unutmadı, onu qəlbində yaşatdı.

Bakının bolşevik-daşnak işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

Aradan uzun illər keçsə də, türklər tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayıb, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanıb və xatırlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti