...

Müdafiə Nazirliyi: Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib

Siyasət Materials 17 Sentyabr 2018 12:41 (UTC +04:00)
Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.
Müdafiə Nazirliyi: Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib

Bakı. Samir Əli - Trend:

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

Bu barədə Trend-in soruğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən 3 Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:

"Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır".

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədir:

"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti