...

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 29 Sentyabr 2018 00:27 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra görüşlər keçirib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Tural Turan - Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində bir sıra görüşlər keçirib.

Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Qətərin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani və Litvanın xarici işlər naziri Linas Linkeviçius, Livanın xarici işlər naziri Gebran Basil, Toqonun xarici işlər naziri, əməkdaşlıq və Afrika inteqrasiyası naziri Robert Dussey, Qrenadanın xarici işlər naziri Piter Devid, Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak, Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela, Əfqanıstanın xarici işlər naziri Səlahuddin Rəbbani və Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb.

Görüşlərdə ölkələrimiz arasında əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti