Nazir: Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə təhlükə törədir

Nazir: Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə təhlükə törədir

Bakı. Trend:

"Həll edilməmiş silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir".

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin XİN rəhbərlərinin İllik əlaqələndirmə yığıncağında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, rəsmi Bakı 2018-ci il sentyabrın 24-də BMT-nin qərargahında Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İƏT-in Əlaqə qrupunun keçirdiyi iclasın nəticələrinə dair qəbul olunmuş məruzəni alqışlayır:

"Biz artıq dərəcədə məmnuniyyət hissi duyuruq ki, İƏT-in qurulmasından təqribən 40 il ötəndən sonra həmin təşkilat İslam dünyasının geniş əhatəli çoxtərəfli qurumu kimi, beynəlxalq müstəvidə öz nüfuzunu və əyaniliyini artırmağa davam edərək, beynəlxalq səviyyədə sülh və təhlükəsizliyin, eləcə də ortaya çıxan təhdid və təhlükələrin qarşısının alınması üzrə strateji tərəfdaşa çevrildi".

O əlavə edib ki, İƏT dünyada sülhün və təhlükəsizliyin və münaqişədən sonra bərpa işlərinin təşviq edilməsi, humanitar, insan hüquqları, sosial, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi və sülh mədəniyyətinin gücləndirilməsində BMT-nin mühüm tərəfdaşıdır:

"Azərbaycan cari ilin əvvəllərində qəbul edilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının Dəkkə Bəyanatına uyğun olaraq, İƏT-in BMT-nin Baş Assambleyasında genişləndirilmiş müşahidəçi status alması təklifini tam dəstəkləyir. Bu xüsusda, biz bu məsələ üzrə müzakirələrin tezliklə yekunlaşacağını və ardınca BMT Baş Assambleyasının müvafiq qətnaməsinin qəbul olunacağını gözləyirik".

E.Məmmədyarov deyib ki, dünyanın bir çox yerində, xüsusən də müsəlman aləmində artan gərginlik və qeyri-sabitlik daxil olmaqla, sülh və təhlükəsizlik problemləri həll olunmamış münaqişələr və dözümsüzlük təzahürləri ilə daha da ağırlaşır:

"Azərbaycan əmindir ki, davamlı sülhə yalnız dialoq, dinc şəraitdə birgə mövcudluq və qarşılıqlı anlaşma yolu ilə nail oluna və saxlanıla bilər. Son illərdə dünya miqyasında münaqişələr və zülmkarlığın nəticəsi olaraq zor gücünə didərgin salınma hallarının rekord həddə çatması ciddi narahatlığımızı doğurur. Dünyada baş verən bu köçürmələrin ciddi artımı həm şiddətdən qaçmış milyonlarla insanın hüquqlarını bərpa etmək, həm də gələcəkdə didərgin düşmüşlərin sayının daha da çoxalmasının qarşısını almaq məqsədilə beynəlxalq ictimaiyyət tərəfindən müvafiq hərtərəfli tədbirlər görülməlidir".

Xarici işlər naziri vurğulayıb ki, ən çox sayda qaçqınlara sığınacaq verən ölkələrin məhz İƏT-ə üzv olan dövlətlər olduğu üçün kütləvi şəkildə zor gücünə didərgin salınma halları təşkilat üçün dərin narahatlıq doğurmalıdır: "Bu baxımdan son məruzələrə görə sayı 700 mini aşan yüz minlərlə mülki Rohingya sakininin qonşu Banqladeşdə davam edən məcburi məskunlaşmasından ciddi narahatıq. Ermənistan tərəfindən törədilən təcavüz nəticəsində yüz minlərlə didərgin düşmüş insanların yerləşdirilməsi üzrə ağır təcrübəyə malik Azərbaycan qaçqın və məcburi köçkünləri qəbul edən ölkələrin qarşılaşdığı təhdidləri aydın dərk edir. Ümidvarıq ki, Rohingya müsəlmanlarının öz doğma yerlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqları tezliklə yerinə yetiriləcək.

Fələstin Dövlətinə artan beynəlxalq dəstəyi görməkdən məmnunuq. Mən qardaş Fələstinin xalqına sülh, sabitlik və davamlı inkişafa nail olmaq uğrunda mübarizədə Azərbaycanın tam dəstəyini bir daha təsdiq etmək istərdim. Azərbaycan Fələstin Dövlətinin paytaxtı Şərqi Qüdsdə olmaqla İsrail-Fələstin münaqişəsinin “iki dövlət” prinsipinə əsasən həllinə davamlı şəkildə sadiqdir".

Nazir bildirib ki, Azərbaycan həmişə öz adından mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi və inkişafına töhfə verməyə çalışıb: "Bütün etnik və dini qruplar Azərbaycanda sülh və harmoniya şəraitində yaşayırlar. Müxtəlif dinlərin, millətlərin və sivilizasiyaların nümayəndələri arasında daha yaxşı anlaşma yaratmaq məqsədilə bir çox tədbirlərə ev sahibliyi etdik. Mədəniyyət və din fərqlərinə əsaslanan ayrı-seçkilikdən azad bir cəmiyyət qurmaq mümkündür və Azərbaycan bunun parlaq nümunəsidir".

O əlavə edib ki, 2008-ci ildə Azərbaycan tərəfindən irəli sürülən və onun rəhbərliyinin himayəsi altında həyata keçirilən Bakı prosesi müsəlman dünyası ilə Avropa arasında dialoqun, tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verib. Bu il həmin təşəbbüsün 10 illiyini qeyd edilir və bu münasibətlə bir sıra tədbirlər, o cümlədən 25-26 oktyabr tarixlərində Bakıda yüksək səviyyəli 6-cı Humanitar Forum keçiriləcək:

"Həll edilməmiş silahlı münaqişələr, mövcud və əmələ gələn yeni təhlükəsizlik təhdidləri və onlarla əlaqədar humanitar böhran BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cü il Gündəliyinin yerinə yetirilməsi istiqamətində əldə etdiyimiz inkişafın tərsinə çevrilməsi təhlükəsini yaradır. Ermənistanın Azərbaycana qarşı davam edən silahlı təcavüzü beynəlxalq və regional sülh və təhlükəsizliyə, bölgəmizin inkişaf perspektivlərinə başlıca təhlükə törətməkdədir. Hökumət adından və Azərbaycan xalqı adından, ölkəmizə qarşı Ermənistanın təcavüzü ilə bağlı ədalətli mövqeyimizə tam dəstək göstərildiyi üçün təşkilatımıza və üzv dövlətlərinə dərin minnətdarlığımı bildirmək istərdim".

E.Məmmədyarov bildirib ki, iqtisadi inkişaf, müvəffəqiyyətli sosial siyasət, zəngin insan kapitalı sahəsində nailiyyətlərdən və multikulturalizmin ənənəvi dəyərlərindən ilhamlanaraq, Azərbaycan paytaxtı olan Bakı şəhərinin Ümumdünya "Ekspo-2025" sərgisini keçirmək üçün irəli sürülməsini qərara aldı: "Bakı "Ekspo"ya ev sahibliyi etmək üçün İƏT-ə üzv ölkələr arasında yeganə namizəddir. Bu fürsətdən istifadə edərək, Azərbaycanın namizədliyinə dəstək göstərməyinizi xahiş edirəm".

Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Loading Bars
Xəbər lenti
Övladınızın intihar səbəbi olmayın - AzTV (VİDEO)
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xilas edilib
COVAX təşəbbüsü çərçivəsində ölkələrin müvafiq peyvəndlə təmin olunmasına dair verilən vədə əməl edilməyib - Agentlik
"SOCAR Turkey" IBM-in bulud texnologiyasından istifadə edəcək
Hansısa bir məktəbdə koronavirusa yoluxma olarsa, bütün tədris müəssisələri qapanmalı deyil - Ekspert
Azad edilmiş ərazilərdə torpaq sahələrinin inventarlaşdırılması başa çatıb
İşğaldan azad olunan ərazilərlə bağlı İqtisadi məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib
Dövlətimizin vaxtında gördüyü tədbirlər nəticəsində ermənilərin təxribatı iflasa uğradı - Komitə sədrinin müavini
"Android" Azərbaycanın əməliyyat sistemi bazarında liderdir
COVAX təşəbbüsü əhəmiyyətini itirir: Ədalətsizlik və qeyri-bərabərlik...
Van Qoqun rəsminin eskizi rekord qiymətə satıldı
İordaniyadakı Azərbaycan diasporu Xocalı soyqırımı qurbanlarını yad edib
Ukrayna telekanalı Prezident İlham Əliyevin mətbuat konfransı barədə xüsusi reportaj yayımlayıb (FOTO/VİDEO)
Vətən müharibəsinin qəhrəmanlarından olan Camal Alxasova təqaüd kartı təqdim edilib (FOTO)
Perm şəhərində Xocalıya ədalət tələb edilib
Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb
Füzuli rayonunun Üçbulaq kəndi (FOTO/VİDEO)
Almaniya və Niderlanddakı diaspor təşkilatları Xocalı soyqırımı ilə bağlı videokonfrans təşkil edib
Nyu-Yorkdakı Sultan Eyyub məscidində Xocalı soyqırımı qurbanları yad edilib (FOTO)
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması barədə sərəncam verildi
Kür çayının daşması nəticəsində zərər görən evlərə qaz verildi (FOTO)
Qlobal Jurnalistlər Şurasının sədri Mətbuat Şurasında olub (FOTO)
Beynəlxalq Qoşulmama Hərəkatı Modeli Simulyasiya Məşğələsi keçirilir - XİN
Martın 3-nə USD/AZN rəsmi məzənnəsi
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Hərbi qulluqçuların maaşları artırıldı - RƏSMİ
"Azərpoçt"a yeni baş direktor təyin olunub
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
Ləğv edilən aviabiletlər yenidən təxsis ediləcək - AZAL
Bakıda dələduzluqda təqsirləndirilən saxta "general" azadlığa buraxılıb
Almaniya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak imkanlarını nəzərdən keçirir
Qanunsuz balıqçılıq göllərini harada gəldi yaradırlar - Nazirlik
Quş qripi xəstəliyinin Azərbaycanda yayılma riski artıb - AQTA (FOTO)
Azercell müştəri təcrübəsinin idarə edilməsinə görə yeni mükafat qazanıb
Türkiyəli mütəxəssislər Qarabağda AzTV ilə birgə film çəkəcək
Yaponiya portalı ermənilərin Azərbaycan torpaqlarında törətdikləri dağıntılar barədə videoreportaj hazırlayıb (FOTO)
Prezident İlham Əliyevin mətbuat konfransında səsləndirdiyi fikirlər İtaliya mediasının da diqqət mərkəzində olub (FOTO)
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Pay torpaqlarında aparılan tikintilərlə bağlı nazirlikdən XƏBƏRDARLIQ
“Muğanbank” ASC fəaliyyətini müsbət dinamika ilə davam etdirir
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması üçün lisenziya lazımdır - Nazirlik
Bakıda 55 min manatlıq dələduzluq edən ata-oğula cinayət işi başlandı
Unibank filialı yeni konseptdə və yeni ünvanda (FOTO)
“AzerGold”un “Çovdar” Filiz Emalı Sahəsində Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)
Meşələrin sərhədləri dəqiqləşdiriləcək
Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA
Prezident İlham Əliyevin istismara verdiyi Ro-Pax tipli gəmi-bərədən REPORTAJ
Sarkisyan Baş Qərargah rəisinin istefasını ikinci dəfə imzalamadı
Özünüməşğulluğun təşkilinə Həmkarlar İttifaqları Konfederasiyası 200 min manat vəsait ayıracaq
Şəhid polisin övladı Şuşa polis şöbəsində vəzifəyə təyin olundu
Rusiya kosmodromundan avadanlıq oğurlanıb
Türkiyənin dəstəyini sadəcə Vətən müharibəsində deyil, bütün tarix boyu hiss etmişik - Anar Kərimov
Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub (FOTO/VİDEO)
Azərbaycan və Tacikistanın turizm əlaqələri müzakirə edilib
Daha bir şəhidin yeni doğulan övladının adına 5000 AZN-lik hesab açılacaq (FOTO)
Ukrayna kanalında Xocalı soyqırımına dair xüsusi reportaj yayımlanıb (FOTO/VİDEO)
26 müəssisədə kobud qanun pozuntusu aşkarlandı
Elvüsal Məmmədovun “İzahlı İslam fəlsəfəsi terminləri lüğəti” nəşr olunub
Yaponiyanın JIJI PRESS agentliyi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlamış quruculuq işlərindən yazıb (FOTO)
Misir nəşri: Müharibə cinayəti törədən Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir
İki ayda qeyri-neft-qaz sektorundan əlavə daxilolmalar 84,7 milyon təşkil edib - Nazir
Sumqayıtda şəhid ailələri və veteranlarla görüş keçirilib (FOTO)
İqlim dəyişikliyi, su ehtiyatlarının azalması səhralaşmanın genişlənməsinə səbəb olub - Direktor
Əfv komissiyasının iclası keçirilir
Ərdoğan Qarabağ zəfəri və Xocalı qətliamı barədə serial çəkilməsini tapşırıb
Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub
Binəqədidə ağacları kəsərək bina tikən şirkət rəhbəri məhkəməyə verildi
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb
Rəqəmsal texnologiyaların tətbiq olunması TRACECA dəhlizinin cəlbediciliyini artıracaq (MÜSAHİBƏ)
Yeni Zelandiyada Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib (FOTO)
Bakı, Sumqayıt və Abşeron üzrə pensiyaların ödənilmə tarixi açıqlandı
Azərbaycanda koronavirusa yoluxanların sayı 300-ü keçdi
Berlində Xocalı soyqırımı qurbanlarının anım guşəsi yaradılıb (FOTO)
"CoronaVAC" peyvəndi koronavirusa görə ölümdən 100 faiz qoruyur - İnfeksionist
Azərbaycan iqtisadi azadlığa görə Avropa ölkələri arasında birinci olub
Paşinyana dörd cinahdan hücum: Ermənistan vətəndaş müharibəsi ilə üz-üzə...
Bakıda ilk bio-smart avtobus dayanacağı quraşdırılıb (FOTO/VİDEO)
Rusiyada 60-a yaxın şagird zəhərlənib
"Filoloji elmlər innovativ tədqiqatlar kontekstində" adlı beynəlxalq konfransın materialları toplu şəklində çap edilib
Bostonda Xocalı soyqırımı ilə bağlı "səssiz" aksiya keçirilib (FOTO)
Nazirlikdən məktəblərdə dərslərin dayandırılacağı iddiaları ilə bağlı AÇIQLAMA
Ölkədə vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Sabah külək güclənəcək - Xəbərdarlıq
Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi - Deputat
Strasburqun Kleber meydanında şamlarla Xocalıya görə şamlar yandırılıb (FOTO)
87 şəhid və qazi ailəsi üzvü təhsil müəssisələrinə işə qəbul olunub
Türkiyə ilə birgə Vətən müharibəsi haqqında film çəkmək niyyətindəyik - Nazir
Bu il Formula 1 Azərbaycan Qran Prisində TV və radio jurnalistləri akkreditasiyadan keçirilməyəcək
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Nant şəhərindəki "Qarabağ" məktəbində Xocalı soyqırımına aid dərs keçirilib (FOTO)
Formula 1 Azərbaycan Qran Prisi daha 1 il uzadılır
“Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilib
Bakıda narkotik alverçisi 3 kiloqram heroinlə yaxalandı (FOTO/VİDEO)
Unibankda yeni təyinat olub
Vaksini ilk növbədə "şəkərim, təzyiqim var" deyənlər vurdurmalıdır - Həkim
Azərbaycan ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün Türkiyə təcrübəsini öyrənir (FOTO)
Bu il Bakıda Formula 1 zamanı konsert proqramları olmayacaq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciətlər əsasən bununla bağlı olub
Oralarda işləmək tarix yaratmaq deməkdir - Usta ilə söhbət (FOTO)
Ötən gün ölkədə 33 yanğın olub, 25 nəfər təxliyə edilib
Bütün xəbərlər