...

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrədə səfərdədir (FOTO)

Siyasət Materials 5 Oktyabr 2018 09:29 (UTC +04:00)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İsveçrəyə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, səfərin ilk günü Komitə sədri Azərbaycanın İsveçrədəki səfirliyində olub, ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. Sonra o, xarici ölkələrdə yaşayan İsveçrəlilərin problemlərinin öyrənilməsi və həlli istiqamətində fəaliyyət göstərən "Swiss Abroad" təşkilatının direktoru Sara Mastantuni və "Soliswiss" təşkilatının icraçı direktoru Riçard Föqeli ilə görüşüb. Görüşdə həmçinin Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova da iştirak edib.

Görüşlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə məlumat verilib, Azərbaycanda diaspora siyasətinin dövlətin böyük önəm verdiyi prioritet sahələrdən olduğu bildirilib. Görüşlərdə həmçinin bu təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması və təcrübə mübadiləsinin aparılması imkanları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti