...

Amerikalı ekspert: Qondarma rejimin fəaliyyəti Dağlıq Qarabağın təbiətinə ciddi təhlükə törədir

Siyasət Materials 26 Oktyabr 2018 15:39 (UTC +04:00)

Bakı. Fikrət Doluxanov - Trend:

Qərb mətbuatı Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı məsələsini və bölgənin təbiətinə vurduğu ziyanı kifayət qədər işıqlandırmır.

Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada amerikalı ekspert Piter Teys deyib.

O bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin fəaliyyəti flora və faunaya zərər vurur, Dağlıq Qarabağın təbiətinə ciddi təhlükə törədir.

P.Teys vurğulayıb ki, qondarma rejim regionun təbii ehtiyatlarının istismarı siyasətini həyata keçirir: "Dağlıq Qarabağda ətraf mühitə işğal olunmuş ərazilərdə keçirilən hərbi təlimlər də ziyan vurur".

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti