...

Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması ilə bağlı sənəd imzalana bilər - Noyabrda

Siyasət Materials 2 Noyabr 2018 15:30 (UTC +04:00)
Xəzərdə balıqların ovlanma kvotası azaldılmalı, akvakultura inkişaf etdirilməlidir.
Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması ilə bağlı sənəd imzalana bilər - Noyabrda

Bakı. İlhamə İsabalayeva - Trend:

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabrın 27-29-da keçiriləcək ikinci sessiyasında Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, moratorium 5, yaxud 10 il ola bilər.

İnstitut direktoru deyib ki, Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratorium qoyulmalıdır. Hazırda nərəcinsli balıqların ovlanması çox cüzi həcmdə yalnız elmi tədqiqatlar üçün aparılır.

Dünya üzrə də balıq ovu həcminin azaldığını deyən M.Axundov hesab edir ki, ekosistemin qorunması üçün Xəzərdə balıqların ovlanma kvotası azaldılmalı, akvakultura inkişaf etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti