Bakı. Rufiz Hafizoğlu - Trend:
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Türkiyənin Qars vilayətində anım mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbiri Azərbaycanın Qarsdakı Baş konsulluğu tərəfindən Heydər Əliyev adına Liseydə təşkil edilib.
Mərasimdə Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev, Qars bələdiyyə sədri Mürtəza Karaçanta və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmlənməsi, ölkənin gələcək inkişafı üçün gördüyü işlərdən bəhs ediblər.