...

Lukaşenko: Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda

Siyasət Materials 17 Dekabr 2018 11:40 (UTC +04:00)
"Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan?"
Lukaşenko: Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda

Bakı. Trend:

Belarusda ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda.

Trend erməni mətbuatına istinadən məlumat verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiyanın KİV nümayəndələri ilə görüşündə deyib.

A.Lukaşenko Azərbaycana silah satışı ilə bağlı Yerevanın Minskin ünvanına səsləndirdiyi tənqidlərə toxunaraq MDB sammitində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla söhbətinin təfərrüatlarını danışıb:

"İlham Əliyevin də iştirak etdiyi MDB sammiti çərçivəsində Putinin yanında ona (Paşinyan - red.) dedim: "Nikol, gəl məsələyə nöqtə qoyaq. Azərbaycana silah satışında ilk yeri hansı ölkə tutur? Rusiya. Hə, nə oldu, dilini uddun? Buyur, Vladimir Vladimiroviçi tənqid elə. Hə, nədir, qorxursan? Bu siyahıda Belarus - "Polonez"ləri nəzərə almaqla - 4 və ya 5-ci yeri tutur. "Polonez"lər yoxdursa, 10-cu olacağıq. Mənə hücum edirsən ki, başqaları anlasın? Sən de, mən susacağam". Söhbət belə oldu. Mən nədə haqsızam? İndi mən antierməni sayılıram? Bizdə ermənilər daha yaxşı yaşayır, nəinki Ermənistanda".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti