Bakı. Trend:
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.
Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.
Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm".
X X X
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Rəşid Alimovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bu gün Azərbaycan Sizin müdrik rəhbərliyinizlə cəmiyyətin həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən və praqmatik siyasətiniz, ölkənin milli mənafelərini qətiyyətlə qorumaq və müdafiə etməkdə xüsusi bacarığınız sayəsində Azərbaycan regional və beynəlxalq gündəlikdə olan ən mühüm məsələlərin həllində fəal rol oynayır.
2018-ci il dekabrın 31-də mənim Baş katib vəzifəsində səlahiyyət müddətim başa çatır. Bununla əlaqədar, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) işlərinə daimi və səmimi diqqətinizə görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyətində iştirakı mühüm regional və beynəlxalq problemlər üzrə Bakı ilə ŞƏT arasında konstruktiv əməkdaşlığın təşəkkülü və inkişafı üçün geniş imkanlar açacaq.
İcazə verin, fürsətdən istifadə edərək Sizə qarşıdan gələn yeni, 2019-cu il münasibətilə təbriklərimi, möhkəm cansağlığı və Azərbaycan Respublikasının rifahı naminə daha böyük nailiyyətlər arzularımı bildirim".
X X X
Rusiyanın Stavropol diyarının dördüncü çağırış Dumasının deputatı, “SRV” hüquq agentliyi” ASC-nin baş direktoru Roman Saviçevdən:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Hər bir insanın həyatında bu əlamətdar gün illər boyu qazanılmış müdrikliyin, peşəkarlığın, qiymətli biliklərin və əzmkarlığın, iş qabiliyyətinin və öz gücünə inamın təcəssümüdür.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bütün niyyətlərinizi həyata keçirmək üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy bütün işləriniz uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə Sizi heç vaxt tərk etməsin, hər yeni gün Sizə əmin-amanlıq, harmoniya və xoşbəxtlik bəxş etsin!"
X X X
Almaniyadan “S.A.T. Security and Transport” şirkətinin rəhbəri Konrad Szorqdan:
"Hörmətli cənab Prezident. Ad gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə, ailənizə, dostlarınıza möhkəm cansağlığı, xoşbəxtlik diləyirəm.
Ötən illər ərzində etdiyimiz uğurlu əməkdaşlıqdan, Sizi və ailənizi tanımaq fürsətini əldə etməkdən böyük məmnuniyyət və şərəf duyuruq.
Xahiş edirəm qarşıdan gələn Yeni il münasibətilə təbriklərimizi qəbul edin.
Bu fürsətdən istifadə edərək, “S.A.T. Security and Transport” şirkətinin adından və şəxsən öz adımdan Sizə dövlət başçısı kimi ölkənizin gələcək mənafeyi və tərəqqisi naminə məsul vəzifənizin icrasında yeni-yeni uğurlar arzu edirəm".
X X X
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverdən: "Zati-aliləri, hörmətli Prezidentimiz. Doğum gününüz münasibətilə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram.
Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycanın rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.
Zati-alinizi doğum gününüz münasibətilə bir daha təbrik edir və ən dərin ehtiramlarımı çatdırıram".
X X X
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm və ən xoş arzularımı bildirirəm.
Əsrlər boyu dilimizin və dinimizin, dəyərlərimizin, ənənələrimizin və mədəniyyətlərimizin ümumiliyi sayəsində birləşən xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı töhfənizi yüksək qiymətləndirirəm.
Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, son illərdə Özbəkistanla Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlığa, etimada və hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə ardıcıl olaraq inkişaf edir.
Əminəm ki, qarşıdakı yüksək səviyyəli səfərlər mübadiləsi və səmərəli danışıqlar bizim əməkdaşlığı məzmunca zənginləşdirəcək və yüksək səviyyəyə çatdıracaq.
Hörmətli İlham Heydər oğlu, icazə verin bu fərəhli gündə Sizə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti, habelə ölkənizin firavanlığının və inkişafının təmin edilməsinə yönəlmiş fədakar və genişmiqyaslı fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzularımı bildirim".
X X X
Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan:
"Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi şəxsən öz adımdan və Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından təbrik edirəm.
Sizin öz işinizə yaradıcı münasibətiniz, parlaq lider keyfiyyətləriniz və mürəkkəb məsələlərin həllinə peşəkarlıqla yanaşmağınız yüksək məqsədlərə nail olmağınıza imkan verir. Öz vəzifənizə sadiqliyiniz, hərtərəfli biliyiniz, daim peşəkarlıq səviyyənizi artırmağa çalışmağınız haqlı olaraq Sizə həmkarlarınızın və dostlarınızın hörmətini qazandırıb.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, firavanlıq və tükənməz enerji diləklərimi qəbul edin".
X X X
Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekovdan:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu gün Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə inkişaf edən ölkənin gələcək tərəqqisi və Azərbaycan xalqının həyatının yaxşılaşdırılması yolunda inamlı addımlar atır.
Qəti əminəm ki, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq və qardaşlıq münasibətləri Sizin dəstəyiniz sayəsində bundan sonra da möhkəmlənəcək, hər iki ölkənin inkişafına və firavanlaşmasına kömək edəcək.
Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edirəm".
X X X
Rusiya Notariuslar Assosiasiyasının sədri, professor Natiq Ağamirovdan:
"Möhtərəm cənab Prezident. Doğum gününüz münasibətilə Sizi Rusiya Notariuslar Assosiasiyası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Başa çatmaqda olan il Azərbaycan xalqının çoxsaylı nailiyyətləri ilə əlamətdar olub. Prezident seçkilərində Sizin inamlı qələbəniz ölkənin iqtisadi və mədəni inkişafına, onun beynəlxalq nüfuzunun möhkəmlənməsinə yönəlmiş siyasi kursunuzun xalq tərəfindən yüksək səviyyədə dəstəklənməsini bir daha nümayiş etdirdi.
Qoy Sizin bütün işləriniz və təşəbbüsləriniz, əvvəlki kimi, həmvətənləriniz, tarixi vətənimizin hüdudlarından çox-çox uzaqlarda dostlarınız və məsləkdaşlarınız tərəfindən dəstəklənsin!
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, gözəl Yeni il əhval-ruhiyyəsi arzu edirəm.
Qoy qarşıdan gələn Yeni il Sizin üçün və doğma Azərbaycan üçün uğurlu, parlaq hadisələrlə, yeni xeyirxah əməllər və nailiyyətlərlə dolu olsun!"
X X X
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikasının Prezidenti vəzifəsində çoxşaxəli fəaliyyətiniz Sizə, haqlı olaraq, həm öz ölkənizdə, həm də onun hüdudlarından uzaqlarda hörmət qazandırıb.
Birgə səylərimiz sayəsində biz ölkələrimizin qarşılıqlı faydalı münasibətlərində nəzərəçarpacaq nəticələrə nail olmuşuq.
Fürsətdən istifadə edib əmin olduğumu bildirirəm ki, Tacikistan ilə Azərbaycan arasında dostluq və qarşılıqlı anlaşma ənənələrinə əsaslanan çoxşaxəli əməkdaşlıq münasibətləri xalqlarımızın köklü mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcək.
Əziz dostum, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, qardaş Azərbaycanın çiçəklənməsi naminə ali dövləti fəaliyyətinizdə böyük uğurlar arzu edirəm".
X X X
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadədən və şuranın üzvlərindən:
"Möhtərəm cənab Prezident. Zati-alinizi doğum gününüz münasibətilə bütün Qafqaz dindarları adından təbrik etməkdən şərəf duyuruq. Azərbaycan xalqı və dövləti, bölgənin mənafeyi naminə fəaliyyətinizdə, həmçinin dünya miqyasında dəyər kəsb edən səy və əməllərinizdə Sizə Uca Yaradandan uğurlar diləyirik.
Zati-aliləri, Siz Azərbaycan xalqının XXI əsrdə əvəzsiz liderisiniz. Uca mənəviyyat yoluna sadiq şəxsiyyət olaraq, Siz dövlət başçısı məqamında xalqın mənafe və maraqlarını illərlə ən yüksək səviyyədə müdafiə edərək misilsiz uğurlara imza atmağa nail olmuş siyasi lidersiniz. Şükürlər olsun ki, ildən-ilə artan nüfuzunuzla bizləri daha artıq dərəcədə sevindirirsiniz. Zati-alinizin zamanın çağırışlarına, dünyamızın ehtiyac duyduğu məramlara cavab verən ideyalar irəli sürmək qüdrəti və qətiyyəti biz qafqazlılara qürur bəxş edir.
Möhtərəm cənab Prezident, elan etdiyiniz istər Multikulturalizm, istər İslam Həmrəyliyi illəri, müəllifi olduğunuz “Bakı Prosesi”, habelə xeyir-duanızla uğurla fəaliyyətə başlamış Bakı Dinlər və Sivilizasiyalararası Beynəlxalq Əməkdaşlıq Mərkəzi ümumi, bəşəri məramlara xidmət edən səyləriniz sırasında önəmli yer tutur. Fəxrlə deyə bilərik ki, Azərbaycanın dünya miqyasında mədəniyyətlər, sivilizasiyalar, dinlər arasında dialoq prosesində bugünkü uğurları, aparıcı rolu Sizin siyasi iradə və qlobal təşəbbüslərinizdən qaynaqlanır. Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri Sizin müdrik qərar və təşəbbüslərinizin işığında bu ideyaları dünyanın nüfuzlu beynəlxalq tribunalarında təşviq edərkən irəli sürdüyünüz ideyaların mənəvi əzəmətinin həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olur və bundan fəxarət duyuruq.
Zati-aliləri, dini və milli zəmində ekstremizmin, islamofobiya, antisemitizm, ksenofobiya təzahürlərinin tüğyan etdiyi bir vaxtda dünyanın ehtiyac duyduğu insan həmrəyliyinə aparan sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırmaqla, Siz dünyaya yeni siyasi mədəniyyət və uzaqgörənlik nümunəsi təqdim edirsiniz. Ümumbəşəri məramlara xidmət edən missiyanız sayəsində Azərbaycan dövləti dünyada gedən proseslərə özəl, dəyərli töhfələr verir.
Möhtərəm cənab Prezident, Azərbaycandakı din-dövlət münasibətlərinin yüksək səviyyəsinin təmini istiqamətində əməli addımlarınız, milli-mədəni irsin dirçəlişinə göstərdiyiniz maddi və mənəvi yardım nəinki ölkədə, Qafqaz bölgəsində, habelə dünyanın bir çox dövlətlərində dini abidələrə - məscidlərlə yanaşı, xristian və yəhudi dini məbədlərinə qayğı və himayəniz müdrik siyasətin nümunəsi kimi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.
Zati-aliləri, Sizin Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşləriniz dəyərli ənənə şəklini almışdır. Bu görüşlərin, qardaşlıq ünsiyyətlərimizin hər biri bizim üçün unudulmaz olub, özəl dəyər kəsb edir. Zati-alinizin müdrik din-dövlət siyasəti sayəsində xalq-dövlət birliyi, mənəvi vəhdətə istinad edən multikultural Azərbaycan modeli uğurlu nümunə kimi bütün dünya, o cümlədən Qafqaz üçün təqdirəlayiqdir.
Möhtərəm cənab Prezident, biz, Qafqaz Xalqları Ali Dini Şurasında təmsil olunan müxtəlif dini konfessiyaların rəhbərləri bütün bölgə dindarlarının iradəsini ifadə edərək, Zati-alinizə doğum gününüz münasibətilə təbriklərimizi və dərin ehtiramımızı bildirir, Azərbaycan xalqının və dövlətçiliyinin tərəqqisi, bölgəmizin mənafeyi naminə gördüyünüz dəyərli işlərə Uca Yaradanımızdan rəvac diləyir, xeyir-dualarımızı bildiririk. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ən xoş diləklərimizi qəbul edin. Uca Yaradan hər zaman yardımçınız olsun!
Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti, bütün Qafqaz üzərində bərqərar etsin!"
X X X
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevdən Prezident İlham Əliyevə təbrik məktubu gəlib:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.
Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm. Qarşılıqlı ticari-iqtisadi və investisiya əlaqələri durmadan inkişaf edir, energetika, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli birgə layihələr həyata keçirilir.
Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".
X X X
“LUKOYL” neft şirkətinin prezidenti Vahid Ələkbərovdan Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Siz, nadir siyasi uzaqgörənliyə, zəngin təcrübəyə və rəhbərlik istedadına malik olmaqla, həyatınızı dövlətə xidmətə, onun təsisatlarının təkmilləşdirilməsinə, iqtisadiyyatın inkişafı və sosial rifahın təmin olunmasına həsr etmisiniz. Sizin səylərinizlə ölkəyə xarici investisiyaların cəlb edilməsi üçün möhkəm təməl yaradılıb. Bu gün biz həmin çoxillik işin nəticələrini görürük, dünyada siyasi və iqtisadi vəziyyətin heç də sadə olmaması fonunda Azərbaycan davamlı irəliləyiş nümayiş etdirir.
İcazə verin, LUKOYL şirkətinin Azərbaycan Respublikasında fəaliyyətinə göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümü bildirim. Sizi əmin etmək istəyirəm ki, biz qarşımıza qoyulmuş bütün vəzifələri fəal surətdə yerinə yetirməkdə davam etməyə və birgə layihələr üzrə əməkdaşlığı inkişaf etdirməyə hazırıq.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, əmin-amanlıq və Azərbaycanın rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni böyük uğurlar diləyirəm".