...

Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Siyasət Materials 22 Dekabr 2018 17:01 (UTC +04:00)
Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib.
Prezident İlham Əliyev Yaponiya imperatorunu təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Akihitoya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbrik etməkdən məmnunluq duyuram.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Yaponiya xalqına daim sülh və rifah arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti