...

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 24 Dekabr 2018 18:03 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib
Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının Azərbaycana yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğulayıblar. Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti