...

Səməd Seyidov: AŞ PA və Azərbaycan arasında, xüsusilə Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq

Siyasət Materials 22 Yanvar 2019 00:00 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Azərbaycan arasında, xüsusilə də Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq.
Səməd Seyidov: AŞ PA və Azərbaycan arasında, xüsusilə Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq

Bakı. Ləman Zeynalova - Trend:

Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və Azərbaycan arasında, xüsusilə də Mehman Hüseynovun işi kimi çox mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq qarşılıqlı anlaşmaya gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Strasburqda AŞ PA-nın qış sessiyasında çıxış edərkən deyib.

S.Seyidov bildirib: "Mən Azərbaycana hücumlar etmək və ölkənin imicinə xələl gətirmək məqsədilə Mehman Hüseynovun işindən istifadə etməyə yönəlmiş uzlaşdırılmış səylərlə əlaqədar təəssüf və məyusluq hissini ifadə etmək istərdim. Təəssüflər olsun ki, AŞ PA-dan bəzi həmkarlar bunu etmək istəyirdilər. Mən həmkarlarıma və AŞ PA üzvlərinə məlumat vermək istərdim ki, yanvarın 21-də Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət edib. O, Prezidentdən onun işinin araşdırılmasında obyektivliyin və ədalətli qərarın təmin olunmasını xahiş edir. Daha öncə, yanvarın 18-də Mehman Hüseynovu cəzaçəkmə müəssisəsində ziyarət edən fəallar və hüquq müdafiəçiləri də Prezidentə eyni şəkildə müraciət ediblər. Bu müraciətlər dərhal ölkə başçısına çatdırılıb. Azərbaycan Prezidenti bu müraciətlərə dərhal reaksiya verib. Bu gün, yanvarın 21-də Mehman Hüseynovun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini tövsiyə edib. Mən şübhə etmirəm ki, Azərbaycan Prezidentinin Mehman Hüseynovun işi üzrə tutduğu bu aydın ictimai mövqe məsələnin tezliklə həllinə gətirib çıxaracaq".

O, öz emosiyalarını ifadə etmək deyil, bu məsələ üzrə faktları araşdırmaq üçün Azərbaycanla əməkdaşlıq və kommunikasiya yaratmağa cəhd edən AŞ PA-dakı həmkarlarına və Avropa Şurasının rəsmilərinə təşəkkürünü bildirib: "Ümid edirəm ki, AŞ PA, Avropa Şurası və Azərbaycan arasında, xüsusilə bu cür mürəkkəb məsələlər üzrə əməkdaşlıq və dialoq bizi qarşılıqlı anlaşmaya gətirib çıxaracaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti