Prezident İlham Əliyev: Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir

Bakı. Trend:

Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda giriş nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas sahəsi neft-qaz sektorudur. Bu, bu gün belədir, əvvəl də belə olub və bundan sonra da belə olacaq. Biz sadəcə olaraq, çalışırıq ki, qeyri-neft sektorunu sürətlə inkişaf etdirək, buna nail oluruq. Ancaq hansı ictimai-siyasi formasiyada yaşamasına baxmayaraq, Azərbaycanda ilk neft tapılan dövrdən bu günə qədər bu, əsas iqtisadi potensial olub. Biz bu təbii resurslardan çox səmərəli şəkildə istifadə edirik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi çox böyük tarixi hadisədir. Əgər bu layihələr icra edilməsə idi, biz bu qədər vəsait əldə edə bilməzdik. Çünki bizim ixrac imkanlarımız məhduddur, açıq dənizlərə çıxışımız yoxdur və bizə mütləq neft-qaz kəmərləri lazımdır. Bu kəmərlərin tikintisi həm maliyyə, həm siyasi, həm beynəlxalq əməkdaşlıq baxımından çox mürəkkəb və çətin bir layihələr idi. Biz bunu da bacardıq. Bu gün bu iki kəmər vasitəsilə resurslarımız dünya bazarlarına göndərilir”.

İlham Əliyev deyib ki, hazırda Avropada ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizinin tikintisi sürətlə gedir. Dörd layihədən ibarət olan bu meqalayihə artıq son mərhələdədir. Dörd layihədən üçü istifadəyə verilib. Keçən il TANAP və Cənub Qaz Dəhlizinin açılışı olmuşdur və bunlar tarixi hadisədir:

“Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir. Çünki bu, artıq bizə imkan verir ki, Azərbaycan ərazisindən böyük həcmdə yüklər Şərqdən-Qərbə, Qərbdən-Şərqə göndərilsin. Bunun sayəsində həm bizim geosiyasi əhəmiyyətimiz artacaq, həm də biz bundan daim valyuta qazanacağıq. Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması da böyük önəm daşıyır. Bu istiqamətdə də böyük işlər görülür. Əlbəttə ki, bu işlərin görülməsi genişmiqyaslı beynəlxalq əməkdaşlıq tələb edir. Azərbaycan bu sahədə də təşəbbüskar kimi öz müsbət rolunu oynayıb”.

Prezident vurğulayıb ki, bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq: “Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır. Ona görə biz Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilirik. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, bizim yol infrastrukturlarımız, müasir və müasirləşən infrastruktur, bütün bunlar son illər ərzində yaradılıb. Əgər biz infrastruktur layihələrinə diqqət yetirməsəydik, bu gün heç bir inkişafdan söhbət gedə bilməzdi.

On beş il bundan əvvəl biz özümüzü elektrik enerjisi ilə təmin edə bilmirdik. Ya xaricdən idxal edirdik, ya da ki ölkəmizin bəzi yerləri işıqsız qalırdı. Ötən 15 il ərzində 31 yeni stansiya tikilmişdir, 2500 meqavatlıq yeni güclər yaradılmışdır. Biz indi nəinki özümüzü təmin edirik, elektrik enerjisini ixrac edirik. Təbii qaz ilə təminat 15 il bundan əvvəl təxminən 50 faiz səviyyəsində idi, bu gün bu, 95 faizdir. İçməli su 26 faiz təmin edilirdi, bu gün bu, 70 faizdir. On beş il ərzində 15 min kilometr avtomobil yolu tikilib”.

Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
Futbol üzrə dünya çempionu Ronaldinyo koronavirusa yoluxub
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
İngiltərə Premyer Liqası: "Lester" "Arsenal"ı məğlub etdi
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Həbib Nurməhəmmədov UFC-də son döyüşünü keçirdiyini deyib
Loading Bars
Xəbər lenti
Türkiyə XİN ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsi ilə bağlı nəticə yönümlü danışıqlara başlamağa çağırır
İranda güclü zəlzələ baş verib
Biləsuvarda "QAZel" yanıb
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Türkiyənin Hatay səhərində terakt törədilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
İşğaldan azad olunan Qubadlı şəhəri (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi (VİDEO)
ABŞ keçiriləcək seçkilərində 60 milyondan çox insan vaxtında əvvəl səs verib
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər (VİDEO)
Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq - TRT-dən özəl dəstək (VİDEO)
Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiyasından, qəzəbindən qorxur
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi (VİDEO)
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb (FOTO/VİDEO)
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Ermənistanın Daşkəsənə atəşi nəticəsində baş verən yanğın söndürülüb - FHN (FOTO) (ƏLAVƏ OLUNUB)
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik
Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız
Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək
Şamaxıda zəlzələ olub
Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ermənistan indiyədək əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib - Dövlət Komissiyası
Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur - Leyla Abdullayeva
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək
Paşinyan son şansından istifadə etmək əvəzinə, mülki vətəndaşlarımızı atəşə tutur - Deputat
Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat
Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev
Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb - İran parlamenti
Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu
Düşmən kvadrokopteri məhv edilib - MN
Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edildi
Azəribaycan Prezidenti: Ermənistan istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar
Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi bizə dəstək göstərdilər
Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə
Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! (VİDEO)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi
Prezident İlham Əliyev: Axıra qədər gedəcəyik
Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən Ermənistana silah göndərilir
Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker
Prezident İlham Əliyev xarici jurnalistlərin sualları haqqında: Sual vermir, elə bil ki prokurordur, ittiham edir bizi
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq - Rus icmasının rəhbəri
Prezident İlham Əliyev: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı
Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi! - Azərbaycan əsgəri (VİDEO)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)
Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur (FOTO)
Bütün xəbərlər