...

Leyla Abdullayeva: Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı səsləndirdiyi bəyanat münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyidir

Siyasət Materials 30 Yanvar 2019 18:02 (UTC +04:00)
Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı səsləndirdiyi bəyanat ölkə başçısı tərəfindən münaqişənin həlli ilə bağlı hər zaman birmənalı şəkildə bəyan edilən dövlətimizin prinsipial mövqeyidir.
Leyla Abdullayeva: Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı səsləndirdiyi bəyanat münaqişənin həlli ilə bağlı dövlətimizin prinsipial mövqeyidir

Bakı. Trend:

Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşü zamanı səsləndirdiyi bəyanat ölkə başçısı tərəfindən münaqişənin həlli ilə bağlı hər zaman birmənalı şəkildə bəyan edilən dövlətimizin prinsipial mövqeyidir.

Bunu Trend-ə Ermənistan xarici işlər naziri Z.Mnatsakanyanın sözlərini şərh edərkən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib: "Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Bu məsələnin əlavə şərh edilməsinə ehtiyac görmürəm".

Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri Z.Mnatsakanyan mətbuat konfransında Azərbaycan Respubliksının Prezidentinin şəhid ailələri ilə keçirdiyi görüşü zamanı səsləndirdiyi “Azərbaycan öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq və Azərbaycan döyüş meydanında öz gücünü göstərib” bəyanatı ilə bağlı sualı cavablandıraraq bunun təəssüf doğurduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti