...

Spiker: Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır

Siyasət Materials 1 Fevral 2019 13:41 (UTC +04:00)
Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır.
Spiker: Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır

Bakı. Elçin Mehdiyev – Trend:

Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

O.Əsədov bildirib ki, sosial şəbəkələrdə yazılanlar xəcalət hissi doğurur: “Mən xaricdə yaşayanları demirəm. Ancaq ölkə daxilində təhqirə yol verənlərin qarşısının alınması haqqında düşünməliyik. Onların yazılarına baxanda adam xəcalət çəkir. Dövlət qurumları haqqında ağızlarına gələni yazırlar”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti