...

Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub (FOTO)

Siyasət Materials 2 Fevral 2019 18:33 (UTC +04:00)
Lənkəran şəhərində “Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu” mövzusunda yığıncaq keçirilib.
Lənkəranda təhlükəsizlik orqanlarının 100 illiyi qeyd olunub (FOTO)

Bakı. Samir Əli - Trend:

Lənkəran şəhərində "Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti və rolu" mövzusunda yığıncaq keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Lənkəran Şəhər İcra Hakimiyyəti və "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən yığıncaqdan əvvəl İcra Hakimiyyəti başçısı Taleh Qaraşov və qonaqlar Heydər Əliyev Xatirə Parkında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər düzməklə dahi rəhbərə hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən müzeydə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən şəkillər və eksponatlarla tanış olublar. Mərkəzin akt zalında başlayan yığıncaqda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan T.Qaraşov dövlət idarəçiliyi sisteminin təşkili zamanı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı çox mühüm əhəmiyyətli təsisatlardan birinin də milli təhlükəsizlik orqanları olduğunu qeyd edərək bu orqanların 100 illik yubileyini ölkənin ictimai-siyasi həyatında əlamətdar tarixi hadisə kimi diqqətə çatdırıb. İcra Hakimiyyəti başçısı çıxışında xüsusi xidmət orqanlarının ötən dövr ərzində böyük inkişaf yolu keçərək fəaliyyətinin təkmilləşməsində və müstəqil dövlətimizin milli təhlükəsizliyinin qarantına çevrilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olduğu barədə geniş məlumat verib.

"Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib (FOTO)

"Ulu öndər Heydər Əliyevin fədakarlıq məktəbi: Azərbaycan təhlükəsizlik orqanlarının 100 illik yubileyi ərəfəsində" adlı tədbir keçirilib (FOTO)

Daha sonra "Alyans" Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Azər Qarayev çıxış edərək bildirib ki, bu il Azərbaycan xüsusi xidmət orqanlarının 100 illiyi tamam olur:

"Azərbaycan xüsusi xidmət orqanlarının yaranmasında Ümummilli Lider Heydər Əliyevin böyük rolu var. Xüsusi xidmət orqanlarına xidmətə gələn Heydər Əliyev Azərbaycan SSR xüsusi xidmət orqanlarının milliləşməsinə çalışıb. Heydər Əliyevin əsas məqsədi bu orqanın milliləşməsi olub. Bilirsiniz ki, həmin vaxt repressiya dövrü idi və Azərbaycanın tanınmış alimləri, elm xadimləri, yaradıcı qüvvələri repressiya qurbanı olublar. Hüseyn Cavid, Əhməd Cavad, Ayna Sultanova, Ruhulla Axundov və digər ziyalılarımız repressiya zamanı güllələniblər. Tarixi faktlar göstərir ki, həmin şəxslərə ölüm hökmünün çıxarılmasında o vaxt orada işləyən ermənilərin xüsusi rolu olub. Onların məqsədi Azərbaycan ziyalılarını məhv etmək, Azərbaycanın inkafına ziyan vurmaq olub".

A.Qarayev deyib ki, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyət dövrünü 3 mərhələyə bölmək olar: "Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Azərbaycan SSR dövrü və Azərbaycanın müstəqillik dövrü. Azərbaycan xüsusi xidmət orqanlarının SSRİ dövrü və müstəqillik dövrlərindəki inkişafında Heydər Əliyevin əvəzsiz rolu olub. Azərbaycan xüsusi xidmət orqanları bu gün də fəaliyyətini yüksək səviyyədə davam etdirir".

Sonra tədbirdə Milli Qəhrəman Əsgər Əliyevin atası Hacı Ələkbər Əliyev və Lənkəran Dövlət Universitetinin tələbəsi Rəşad Paşayev çıxış edərək Ulu Öndərin təhlükəsizlik orqanlarının fəaliyyətinin xalqımızın milli maraqları baxımından düzgün istiqamətləndirilməsi, milli kadrların bu orqanlarda yerləşdirilməsi ilə bağlı rolundan danışıblar.

Yığıncağın sonunda Ulu Öndərin dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyətinin bir sıra məqamlarını əks etdirən film nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti