...

Azərbaycan Prezidenti: Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi dünya praktikasında analoqu olmayan bir yanaşmadır

Siyasət Materials 12 Fevral 2019 22:59 (UTC +04:00)
Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi dünya praktikasında analoqu olmayan bir yanaşmadır.
Azərbaycan Prezidenti: Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi dünya praktikasında analoqu olmayan bir yanaşmadır

Bakı. Trend:

Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilməsi dünya praktikasında analoqu olmayan bir yanaşmadır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə müsahibəsində deyib.

Dövlətimizin başçısı bildirib: "Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş münasibətlərinin".

Prezident İlham Əliyev qeyd edib ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub: "Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti