...

Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Siyasət Materials 27 Fevral 2019 11:12 (UTC +04:00)
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub.
Gürcüstanın Prezidenti Salome Zurabişvilinin rəsmi qarşılanma mərasimi olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstanın Prezidenti xanım Salome Zurabişvilinin fevralın 27-də rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Gürcüstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti Salome Zurabişvilini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verdi.

Prezident İlham Əliyev və Prezident Salome Zurabişvili fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Salome Zurabişviliyə, Gürcüstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Salome Zurabişvilinin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti