Bakı. Elçin Mehdiyev - Trend:
Avropa Mərkəzçi Demokrat İnternasionalın (MDİ) Prezidenti Andres Pastrananın rəhbərlik etdiyi nümayəndə heyəti YAP-ın dəvəti ilə Bakıya səfərə gəlib.
Partiyadan Trend-ə verilən məlumata görə, Andres Pastrananı Azərbaycana səfərində MDİ-nin Baş katibi Antonio Lopez-İsturiz Uayt və baş koordinator Sezar Rossello müşayiət edir.
Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin fevralın 27-də başlayan səfəri çərçivəsində Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov ilə görüşü nəzərdə tutulub.
Nümayəndə heyətinin səfər proqramına bir sıra rəsmi görüşlər, Müşfiqabad qəsəbəsində məcburi köçkün ailələri ilə görüş, eləcə də Bakının tarixi- mədəni abidələri ilə tanışlıq daxildir.
Avropa Mərkəzçi Demokrat İnternasionalın nümayəndə heyətinin Bakıya səfəri fevralın 28-də başa çatacaqdır.