...

Nazir: Azərbaycanın beynəlxalq reytinqi təkrar nəzərdən keçirilməlidir

Siyasət Materials 4 Mart 2019 14:29 (UTC +04:00)

Bakı. Sara İsrafilbəyova - Trend:

Beynəlxalq reytinq agentliklərinin Azərbaycana verdikləri reytinqlər ölkədəki iqtisadi vəziyyəti əks etdirmir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir reytinqlərlə razı olmadıqlarını diqqətə çatdırıb:

“Hesab edirəm ki, reytinqimiz təkrar nəzərdən keçirilməlidir və “BBB-” səviyyəsində təsdiq olunmalıdır. Azərbaycana investisiya reytinqi verilməlidir, çünki ölkədə iqtisadi böhrandan sonra problemlər uğurla həll edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti