Azərbaycan "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun inkişafına töhfə verməyə hazırdır (FOTO)

Azərbaycan "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun inkişafına töhfə verməyə hazırdır (FOTO)

Bakı. Trend:

"Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin "Xəzər dənizi – Qara dəniz beynəlxalq nəqliyyat marşrutu" üzrə xüsusi yığıncağında çıxışı zamanı deyib.

E.Məmmədyarov qeyd edib ki, Rumıniya və Türkmənistan tərəfindən irəli sürülən CSBS ideyası ötən il Aşqabadda mütəxəssislərimiz tərəfindən ilkin olaraq müzakirə olundu və indi burada, Buxarestdə məsələ ilə bağlı nazirlər səviyyəsində fikir mübadiləsi aparmaq fürsəti var:

"Ölkələrimizin əhatə etdiyi region müstəsna geostrateji əhəmiyyətə malikdir. O, təbii şəkildə Avropa və Asiya arasında körpü təşkil edərək, eyni zamanda, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən mühüm nəqliyyat qovşağıdır. Bu gün ölkələrimiz arasında yeni bir əməkdaşlıq istiqaməti yaratmaq niyyətimizi dəstəkləmək üçün burada toplandıq.

Əməkdaşlığımızın təməlində ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərinin pozulmazlığına qarşılıqlı dəstək prinsipi durur.

Əlbəttə ki, iqtisadi cəhətdən gerçəkləşdirilə bilən nəqliyyat infrastrukturunun inkişafı həmişə ticarət həcmlərinin artmasında böyük rol oynamışdır və bu da öz növbəsində, ümumi ikitərəfli və çoxtərəfli münasibətlərin təşviqinə sürətləndirici təsir göstərir".

Nazir vurğulayıb ki, bunu nəzərə alaraq, Azərbaycan həmişə regionda qarşılıqlı əlaqələrin yaradılmasına güclü dəstək göstərib və Şərq-Qərb, Şimal-Cənub, eləcə də Cənub-Qərb nəqliyyat dəhlizlərini təbliğ etməklə regionun tranzit potensialını artırmaq üçün səylərini əsirgəməyib:

"Bu baxımdan, 2017-ci ildə istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu yalnız iştirakçı ölkələri deyil, həm də qitələri birləşdirəcək. Bununla yanaşı, Azərbaycanın Ələt şəhərində yeni Beynəlxalq Dəniz Ticarət Limanının və onun Beynəlxalq Logistik Mərkəzinin tikintisi, eləcə də Azad İqtisadi Zonanın yaradılması beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini və regionun ticarət və tranzit imkanlarını əhəmiyyətli dərəcədə artıracaqdır.

Biz, həmçinin Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) üzrə indikativ İnvestisiya Fəaliyyət Planına dair Aİ-nin nəşrini və Şərq-Qərb dəhlizinin həm avtomobil, həm də dəmir yolundan ibarət Azərbaycan hissəsinin TEN-T-in əsas şəbəkələrinə daxil edilməsini alqışlayırıq. Bu, iki həftə bundan əvvəl Bakıda müvəffəqiyyətlə başlanan Aİ ilə nəqliyyat dialoqunu daha da gücləndirmək üçün möhkəm bir platformanı təmin edə bilər".

E.Məmmədyarov deyib ki, eyni zamanda, nəzərə alınmaması qeyri-mümkün olan bəzi məsələlər var:

"Rumıniya bizim üçün Aİ bazarına coğrafi darvazalardan biridir, ancaq CSBS marşrutunun reallaşdırılması ilə bu darvazanın fəal işlək vəziyyətə gətiriləcəyinə inanıram. Bilavasitə qonşularımıza gəldikdə, Türkmənistan bizə Mərkəzi Asiyaya, daha sonra isə Uzaq Şərqə çıxışı təmin edir, Gürcüstan da bizim üçün Şərq-Qərb və Cənub-Qərb nəqliyyat dəhlizlərinə vacib bağlantıdır, habelə Qara dənizə giriş nöqtəsidir.

Sözügedən ümidverici perspektivlər və bu təşəbbüsün verə biləcəyi geoiqtisadi faydaya istinad edərək, mən yenə də geniş bölgədə daha bir rəqabətli bağlantı olmasına yönəldilmiş "Xəzər dənizi - Qara dəniz beynəlxalq nəqliyyat marşrutu"nun dördtərəfli əməkdaşlıq şəklində inkişafına Azərbaycanın dəstək verdiyini təsdiqləmək və bu prosesə fəal töhfə verməyə hazır olduğumuzu bildirmək istərdim.

Şübhə etmirik ki, dördtərəfli işçi qrupunun yaradılması və ekspertlərimiz tərəfindən yol xəritəsinin işlənib-hazırlanması nəticədə bizi, CSBS-nin sürətlə həyata keçirilməsini və tədricən onun səmərəli istismarını təmin etmək məqsədi ilə, çoxtərəfli razılaşmaya gətirib çıxaracaqdır.

Sözlərimi bitirərək, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, onların iqtisadiyyatlarının daha canlı olmasında və çiçəklənməsində təşviqedici rol oynayacaq CSBS marşrutunun reallaşdırılması üçün gələcək səylərimizə uğurlar diləmək istərdim".

“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
“PAŞA Bank”ın baş sponsorluğu ilə “Virtual karyera sərgisi” keçirilib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Kapital Bank 2021-ci ilin I rübünün nəticələrini elan edib
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Azər Türk Bank birinci rübü mənfəətlə başa vurub
Loading Bars
Xəbər lenti
Özbəkistan ilin sonuna qədər COVID-19-a qarşı öz peyvəndinin istehsalına başlaya bilər
"Bavariya"nın baş məşqçisi mövsümün sonunda komandadan ayrılmaq istədiyini açıqlayıb
Myanmada toqquşmalarda ölənlərin sayı 730-a çatıb
Böyük Britaniyada şahzadə Filipin dəfn mərasimi keçirilib
Sabirabadda ikimərtəbəli ev yanıb
"Twitter"in işində nasazlıq yaranıb
Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırıldı
2 gənc buza dırmanacaq, çayı keçəcək, dağda yatacaq... – AzTV-də maraqlı veriliş başlayır (VİDEO)
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 148 nəfər COVID-19-a yoluxub, 30 nəfər vəfat edib
Baş Prokurorluq və DİN birgə məlumat yayıb
Şirkət rəhbəri külli miqdarda dələduzluğa görə həbs edildi
Azərbaycanda bu sahələrdə daha yüksək maaş verilir
Ermənistan yanlış siyasətinə, terrorçu və təxribatçı əməllərinə görə cavab verir - Deputat
Azərbaycanda qaz hasilatı artıb
"VICE News"un Ermənistanın Bərdəyə raket zərbəsi barədə reportajı beynəlxaq mükafata namizəd irəli sürülüb
Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM
Bakıda quldurluq: Pizza şirkətinin əməkdaşını hədələyib 500 manatını aldılar (VİDEO)
Milli Məclisin nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edib (FOTO)
Azərbaycan qazı Avrasiyada qaz hasilatı artımının aparıcı qüvvələrindən biridir
2021 Formula 1 Azərbaycan Qran Pri yarışı ilə bağlı viza prosedurları sadələşdirilir - SƏRƏNCAM
İranda ötən sutka 21 min nəfər koronavirusa yoluxub, 319 nəfər ölüb
Ağdamda müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinin inşasına start verilib (FOTO/VİDEO)
Mingəçevirdə “Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib (FOTO)
Cəbrayıl rayonunun Daş Veysəlli kəndi (VİDEO)
Xətaidə kafeyə gedən, orada insanlarla görüşən koronavirus xəstəsi saxlanılıb (VİDEO)
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Fərman imzalanıb
İşğalçılar Alban məbədlərini saxtalaşdırıblar, dağıdıblar - Alban-udi dini icmasının sədr müavini (VİDEO)
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib (FOTO)
Ermənilər Qarabağın hər bir kvadratmetrini saxtalaşdırmaq istəyib - Alban-Udi icmasının rəhbəri (VİDEO)
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb (FOTO)
İran Azərbaycana ticarət attaşesi göndərir
Qubada Türkiyə-Azərbaycan Qardaşlıq Parkı tikilir (FOTO)
Azərbaycan nefti bahalaşıb
Toyvo Klaar separatçı ilə görüş qərarı verərkən beynəlxalq hüququn prinsiplərini əsas götürməli idi - Ukraynalı ekspert
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlandı (FOTO/VİDEO)
BMT Qarabağın minalardan təmizlənməsi ilə bağlı Rusiyanın təklifini cavablandırmayıb - Şoyqu
Alban-Udi xristian dini icmasının üzvləri Tuğdakı qədim alban məbədində – Trend TV-nin REPORTAJI
Rusiyada bir gündə 398 nəfər koronavirusdan ölüb
Bu il 700 minə yaxın şəxsə sosial müavinət və təqaüd ödənilib
Bakıda yeni avtobus xətti istifadəyə verilir (FOTO)
Minsk qrupunun Qarabağ münaqişəsinin həlli ilə bağlı missiyası başlamamış başa çatdı - Əli Hüseynli
Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə Abbaszadə
Sabah hava küləkli olacaq
YAP İdarə Heyətinin üzvü partiyanın fəal gəncləri ilə görüşüb (FOTO)
Bakıda 28 yaşlı gənci qatar vurub öldürməsi ilə bağlı cinayət işi açılıb
Çində kimya zavodu partlayıb
Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub
Qaradağda top mərmisi tapılıb (FOTO)
Karantini pozan repetitor saxlanılıb
Son üç ayda 17 uşaq övladlığa verilib
Masallıda yas mərasimi dayandırılıb, 7 nəfər cərimələnib (FOTO)
Milli Məclisin sədri beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb (VİDEO)
30 il susan Minsk qrupu ermənilərin məğlubiyyətini görəndə Azərbaycana təzyiqə başladı - Komitə sədri
Xırdalanda 6 şəhidin xatirəsinə bulaq kompleksi tikilib (FOTO)
Ötən gün 21 yanğın olub, 2 nəfər xilas edilib (VİDEO)
Alban-Udi dini icmasının üzvləri Tuğ kəndinə səfər ediblər (FOTO)
Qubadlıda ermənilərin qoyub qaçdığı döyüş sursatları aşkar edilib (VİDEO)
"Anglo Asian Mining" Azərbaycanda qızıl hasilatını 25 faiz azaldıb
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb
Evdən antik samovar oğurlayan keçmiş məhkum saxlanılıb (FOTO)
Yeddi koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
İsraildə aktiv koronavirus xəstələrinin sayı 2 680 nəfərə düşüb
"AstraZeneca" kifayət qədər yüksək effektə malikdir - Bəzi şirkətlər böyük bir təbliğat oyunu aparır - AÇIQLAMA
Qazaxıstanda son sutkada koronavirusa 2 822 nəfər yoluxub
Azərbaycanda 3,6 bal gücündə zəlzələ olub
İranın uranı 60%-ə qədər zənginləşdirmək qərarı danışıqlara kömək etmir - Bayden
Kolumbiyada koronavirusun "Britaniya" ştammı aşkarlanıb
ÜST koronavirusun yayılmasının pik nöqtəyə çatacağı vaxtı proqnozlaşdırırdı
Britaniyada koronavirusa daha 2 596 nəfər yoluxub
Yaponiya Yay Olimpiya oyunlarından imtina etmək niyyətində deyil - Baş nazir
Peyvəndlərə bərabərhüquqlu əlçatanlıq təmin edilməyib - ÜST-nin rəhbəri
Bayden ABŞ-ın qaçqın qəbulu üzrə limitini olduğu kimi saxlayıb
Raul Kastro vəzifəsindən istefa verib
İtaliya mətbuatı: “Prezident İlham Əliyev: İtaliya yaxın dost və tərəfdaşdır”
"Qarabağ" Şahruddin Məhəmmədəliyevin vəziyyəti ilə bağlı son durumu açıqladı
Türkiyədə son sutkada koronavirusdan 56 510 nəfər sağalıb
Rusiya bir sıra ABŞ rəsmisinin ölkəyə girişinə qadağa qoyub
Dünyada ötən sutka koronavirusa 800 mindən çox yoluxma qeydə alınıb - ÜST
Azərbaycan reallıqlarını parlamentarilər səviyyəsində dünyaya çatdırmaq önəmli məsələdir - Arzu Nağıyev (VİDEO)
Gənc batutçularımızdan bu dəfə 1 dəst medal
BMT TŞ Liviyada monitorinq qrupunun yaradılması ilə bağlı qərar qəbul edib
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib (FOTO)
Qazaxıstanda Su-30SM qırıcısı qəzaya uğrayıb
Gürcüstanda koronavirusa daha 1077 nəfər yoluxub, 8 nəfər ölüb
Azad olunmuş ərazilərdə yaşıllığı bərpa etmək üçün bu ilin əkin planı 2 dəfə artırılıb
Suqovuşanın elektrik enerjisi ilə təchizatı yekunlaşmaq üzrədir
Azad edilmiş kənd ərazilərində vahid şəhərsalma əsaslandırılmasında layihə tapşırığını bu qurum hazırlayacaq - QƏRAR
Azərbaycan təkcə işğalçı orduya deyil, ermənilərin dünyadakı havadarlarına da qalib gəlib - Əli Hüseynli (Videolayihə)
Aİ-nin Azərbaycandakı nümayəndəsi XİN-ə çağırıldı, etiraz bildirildi
10 noyabr bəyanatı regionda sülhün təmin olunmasında mühüm əhəmiyyətə malikdir - Matviyenko
“Bakı Metropoliteni” QSC-nin Müşahidə Şurasının ilk iclası keçirilib (FOTO)
Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək (FOTO)
Aİ-nin dəstəyi ilə Şərq Tərəfdaşlığı ölkələrində 6 000 çay və göldə suyun keyfiyyəti yoxlanılıb
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların SAYI açıqlandı
Azərbaycanda 2 163 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib
KOBİA leqal sahibkarlığı və rəsmi məşğulluğu təşviq edən yeni biznes təşəbbüslərini dəstəkləyir
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb
Bütün xəbərlər