...

Elmar Məmmədyarov İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavinini qəbul edib

Siyasət Materials 6 Mart 2019 00:55 (UTC +04:00)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov ikitərəfli siyasi məsləhətləşmələrin keçirilməsi məqsədilə ölkəmizdə səfərdə olan İsveçrə Xarici İşlər Departamentinin dövlət katibinin müavini xanım Kristina Marti Lanqı qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Kristina Marti Lanq səmimi qarşılanmaya görə təşəkkürünü ifadə edərək, Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamenti arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin məhsuldar keçirildiyini bildirdi. Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığını qeyd edən xanım K.M.Lanq, Azərbaycanla İsveçrə arasında olan bu əlaqələrin müxtəlif sahələrdə daha da genişləndirilməsi istiqamətində müzakirələrin edildiyini vurğuladı.

Nazir Elmar Məmmədyarov qarşı tərəfə bölgədə təhlükəsizliyə əsas hədə olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə ətraflı məlumat verdi. Ermənistan siyasi rəhbərliyinin son bəyanatlarının danışıqlar prosesinə ciddi xələl gətirdiyi vurğulandı. Ermənistanın yeni rəhbərliyinin münaqişənin həllinin bölgəyə və konkret olaraq Ermənistan əhalisinə gətirəcəyi faydanı, rifahı düşünmək əvəzinə, əsassız bəyanatlarla sülh prosesinə zərər verdiyi İsveçrə rəsmisinin diqqətinə çatdırıldı.

Görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlərə dair geniş müzakirələr apardı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti