...

Möhsün Pakayin: İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır

Siyasət Materials 12 Mart 2019 10:19 (UTC +04:00)
İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır
Möhsün Pakayin: İran Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır

Trend-i buradan izləyin

Bakı. Elnur Bağışov – Trend:

İran Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıdır.

Trend-in məlumatına görə, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin deyib.

M.Pakayinin sözlərinə görə, Azərbaycan və Ermənistan razılaşdığı halda İran iki ölkənin mənafeyi çərçivəsində münaqişənin həllinə çalışmağa hazırdır.

Diplomat əlavə edib ki, Azərbaycan İranın mühüm qonşularından biridir və Tehran və Bakı strateji əlaqələri mövcuddur:

“Qarşılıqlı səfərlər, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Tehrana səfəri iki ölkənin qarşılıqlı yüksək etimadının göstəricisidir”.

İki ölkənin iqtisadiyyat sahəsində əlaqələrə önəm verdiyini deyən sabiq səfir Rəşt-Qəzvin dəmir yolunun istismara verilməsi və Rəşt-Astara dəmir yolunun inşasına başlanıldığını bildirib.

Azərbaycan və İran arasında yükdaşıma tariflərinin azaldılması məsələsinə toxunan M.Pakayin qeyd edib ki, məsələ birgə komissiyanın iclasında növbəti dəfə müzakirə ediləcək və yekun qərar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti