...

Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz

Siyasət Materials 20 Mart 2019 10:13 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz.
Prezident İlham Əliyev: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz

Bakı. Trend:

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar formatının dəyişdirilməsi ilə bağlı qaldırılan məsələləri qəbul edə bilməz.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində deyib.

Dövlətimizin başçısı qeyd edib ki, keçən ilin yay aylarında Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədi paraflandı. Bu, çox önəmli sənəddir: “Xüsusilə nəzərə alsaq ki, orada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi paraqraflar var, xüsusi fikirlər əks olunub. Bu, əlbəttə ki, çox önəmli məsələdir, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bunun çox böyük əhəmiyyəti var”.

İlham Əliyev bildirib ki, münaqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır:

“Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münaqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusiyanın nümayəndələri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermənistana birmənalı ciddi siqnaldır, eyni zamanda, onu göstərir ki, Azərbaycanın mövqeyi daha da böyük dəstək qazanır”.

Prezident vurğulayıb ki, münaqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq: “Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti