...

Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı təsdiq olundu

Siyasət Materials 29 Mart 2019 13:03 (UTC +04:00)
Azərbaycan və Belarus prezidentlərinin 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilib.
Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı təsdiq olundu

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Belarus prezidentlərinin 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli əlaqələr mövcuddur və bu bəyanatın təsdiq edilməsi iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Daha sonra bəyanat səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti