...

Deputat: Televiziyalarda milli-mənəvi dəyərlərlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır

Siyasət Materials 23 Aprel 2019 13:03 (UTC +04:00)
Milli-mənəvi dəyərlərlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır
Deputat: Televiziyalarda milli-mənəvi dəyərlərlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır

Bakı. Elçin Mehdiyev – Trend:

Özəl telekanallarda yenilik mədəniyyət və başqa mühüm sahələrlə bağlı olmalıdır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

Millət vəkili qeyd edib ki, özəl telekanalların biznes maraqlarının olması təbiidir, lakin bu telekanallarda əxlaqazidd verilişlər nümayiş olunanda Milli Televiziya və Radio Şurası mövqeyini ortaya qoyur, qərarlar qəbul edir.

S.Novruzov bildirib ki, milli-mənəvi dəyərlərlə, Dağlıq Qarabağla bağlı verilişlər diqqət mərkəzində olmalıdır:

“Köhnə təcrübədən və yenilərin enerjisindən istfiadə etməklə cəmiyyətə normal proqramlar təqdim olumalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti