XİN Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

XİN Şuşanın işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb

Bakı. Trend:

Xarici İşlər Nazirliyi (XİN) Şuşa şəhərinin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir:

"1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.

Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.

İşğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.

Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi və onların görkəminin süni şəkildə dəyişdirilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.

İşğalçı Ermənistan tərəfi beynəlxalq humanitar hüququnun tələblərinə zidd olaraq Şuşanın işğalı zamanı aparılmış etnik təmizləmənin ardınca orada Azərbaycan tarixi-mədəni mirasının məhv edilməsi və tədricən şəhərin mədəni simasının dəyişdirilməsinə yönəldilən cəhdləri etməkdədir. Belə ki, Şuşada qeyri-qanuni məskunlaşma aparılmaqla, təqribən 4 min nəfər yerləşdirilib. Qarabağ hökmdarı İbrahim xanın qızı Gövhərağanın sifarişi ilə tikilən Yuxarı Gövhərağa (Cümə) məscidi ermənilər tərəfindən “bərpa” olunaraq fars məscidi kimi qələmə verilir. Bütün bunlar işğalçı tərəfin Şuşanın əzəli Azərbaycan şəhəri olması faktının üzərinə kölgə salmaq niyyətini açıq şəkildə nümayiş etdirir.

Lakin bütün bu cəhdlərin perspektivi yoxdur. Ermənistan tərəfi anlamalıdır ki, ərazilərin işğalı yalnız müvəqqəti xarakter daşıyır, Dağlıq Qarabağ bölgəsi həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.

Ermənistan siyasi rəhbərliyinin bu ölkənin hərbi işğalı altında saxlanılan Şuşa şəhərinə səfər edərək burada qondarma “qələbə günü”nü qeyd etməsi Ermənistan tərəfinin növbəti təxribatı olmaqla yanaşı, bu ölkənin Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakını bir daha nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu addımı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarında qeyd edildiyi kimi, Ermənistanın ölkəmizin işğal edilmiş ərazilərində effektiv nəzarəti həyata keçirdiyini növbəti dəfə sübut edir.

Beynəlxalq ictimaiyyətin bu məsələdə mövqeyi birmənalıdır: BMT-nin Təhlükəsizlik Şurasınn qəbul etdiyi qətnamələr başda olmaqla, bütün beynəlxalq təşkilatlar və dünya ölkələrinin ifadə etdiyi mövqeyə əsasən Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiq edilir və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edilir.

Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda davamlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır".

İyulun 17-də dolların manata qarşı məzənnəsi
İyulun 17-də dolların manata qarşı məzənnəsi
İyul ayının bütün pensiya ödənişləri başa çatdırılıb
İyul ayının bütün pensiya ödənişləri başa çatdırılıb
İyulun 16-da xarici valyutaların manata qarşı məzənnələri
İyulun 16-da xarici valyutaların manata qarşı məzənnələri
Loading Bars
Xəbər lenti
Tovuzda döyüşlər davam edir, 1 hərbçimiz şəhid oldu
“Abituriyentlər üçün dərs vaxtı”nın sabahkı cədvəli açıqlanıb
Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələrin adları açıqlanıb
Fransa Azərbaycanlılarının Koordinasiya Şurası bəyanat yaydı
Azərbaycan Prezidenti: Biz Ermənistanla imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik
İyulun 17-də dolların manata qarşı məzənnəsi
Almaniyada Ermənistan səfirliyi qarşısında aksiya keçiriləcək
Azərbaycanda daha 493 nəfər koronavirusa yoluxdu, 561 nəfər sağaldı, 8 nəfər öldü
Prezident İlham Əliyev: Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır
11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı
Prezident İlham Əliyev: Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir
Azərbaycan Prezidenti: Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır
Bakıda yük maşını yanıb (VİDEO)
Belarus mətbuatında Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatı pisləyən məqalə dərc edilib (FOTO)
Prezident İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir ki, Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib
Azərbaycan Prezidenti: Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir
Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Prezident Trampın mənə göndərdiyi bir çox məktublarda Amerika Birləşmiş Ştatlarının Azərbaycana xoş münasibəti öz əksini tapıb
Prezident İlham Əliyev: Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var
Prezident İlham Əliyev: Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir
Ermənistanda keçmiş çağırışçıların və hətta əlillərin səfərbərliyi başlayıb
Prezident İlham Əliyev: Biz heç vaxt bizi qane etməyən, yaxud da ki, bizə hansısa problem yarada biləcək sazişə imza atmarıq
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Böyükşor” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO)
Azərbaycan Prezidenti: Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir
Prezident İlham Əliyev: Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər
Vaqif Dərgahlının adından saxta profil açılıb
Prezident İlham Əliyev: Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq
Prezident İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib (FOTO)
Nazirlik Ermənistan tərəfinin Mingəçevir Su Anbarını vuracaqları barədə iddialarına cavab verdi
Ermənistanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozması dünyada sülh və əminamanlığa növbəti təhdiddir
Prezident İlham Əliyev Özbəkistanın dövlət başçısına məktub göndərib
İran XİN: İran Azərbaycan və Ermənistan arasında vasitəçiliyə hazırdır
Kaspersky: Braziliyada yaradılan zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir
17 nəfərə 180 dənə profilimiz var - AXCP üzvlərinin qeybətxana şousu (VİDEO)
Vaqif Dərgahlı: Yeni hücumlarına bəraət qazandırmaq üçün ermənilər qəsdən dezinformasiya yayırlar
Elmira Süleymanovaya Prezidentin fərdi təqaüdü verildi - SƏRƏNCAM
Ceyhun Bayramov Xarici işlər naziri təyin edildi
Elmar Məmmədyarov Xarici işlər naziri vəzifəsindən azad edildi
Hikmət Hacıyev: Ermənistan Silahlı Qüvvələri mülki obyektlərin arxasında gizlənərək Azərbaycanı ittiham edirlər
Könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var - RƏSMİ
Dünəndən etibarən könüllü hərbi xidmət üçün 4 min vətəndaş rəsmi qeydiyyata alınıb - Dövlət Xidməti
Könüllü hərbi xidmət üçün müraciət edənlərin hamısı qeydiyyatdadır - Arzu Rəhimov
Müəllimlərin işə qəbulu üzrə müsahibələr onlayn keçiriləcək
Ermənistanın hərbi təcavüz aktına Minsk Qrupu konkret münasibət bildirməlidir - Prezidentin köməkçisi (FOTO)
Elmira Süleymanova: Qəhrəmancasına şəhid olmuş balalaramızın rütbəsindən asılı olmayaraq hər birini ürək ağrısı ilə əbədi mənzilə yola saldıq
Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu
Elçin Mirzəbəyli: Əli Kərimlinin nümayəndələri kütlənin içinə girərək insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar
İranın dini liderinin nümayəndəsi Ermənistanın təxribatını pisləyib
Hikmət Hacıyev: Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir
İyul ayının bütün pensiya ödənişləri başa çatdırılıb
PAŞA Həyat Sığorta və PAŞA Sığorta şirkətləri COVID-19 pandemiyasına qarşı mübarizə üçün Kubadan Azərbaycana həkimlərin cəlb olunmasına dəstək oldu
Qaradağda 27 yaşlı gənc cərəyan vurmasından ölüb
İranda daha 2 500 nəfər koronavirusa yoluxub, 198 nəfər ölüb
Vaqif Dərgahlı: Düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: Ermənilərdən sizə mesaj gələ bilər
Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur
Avropa Parlamenti Ermənistanın təxribatı ilə bağlı bəyanat yayıb
Ermənilərin atəşləri nəticəsində dağılan evlər (FOTO)
Vaqif Dərgahlı: Bölmələrimiz heç vaxt yaşayış məntəqələrini atəşə tutmur
Silahlı şəxslər saxlanılıb - Əməliyyat (FOTO/VİDEO)
Nikolas Lebel: Ermənistan Dağlıq Qarabağ və ətrafındakı bölgəni faktiki olaraq işğal etməklə beynəlxalq qanunları pozmaqda davam edir
Kütləvi tədbirlər, aksiyalar ölkəni epidemioloji baxımdan çətin duruma sala bilər - Rəşad Mahmudov
Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr Niderland mətbuatında işıqlandırılıb
Təxribata yol vermək olmaz - Rauf Əliyev
Sabah Bakıda 35, rayonlarda 38 dərəcə isti olacaq
Düşmənin başına vurulan ağır zərbə - Tovuz döyüşləri
Füzuli Musayev cəbhəyə mahnı həsr edib (AUDİO)
Prezidentə yazırlar: Güclü ordumuz Sizin sayənizdə torpaqlarımızı düşməndən azad edəcək
Gecə yağan yağışın miqdarı açıqlanıb - Faktiki hava
Ermənistan niyə sərhəddə vəziyyəti gərginləşdirməyə çalışır? - ŞƏRH
Azərbaycan Ordusunun döyüş qabiliyyəti və döyüş ruhu çox yüksəkdir - Rauf Əliyev
Quraqlıq Aran rayonlarında taxılın becərilməsində problemlər yaradıb, digər bölgələrdə isə yüksək artım var - Nazir
XİN-in həbsdə olan əməkdaşının şikayəti təmin edilmədi
Pandemiya dövründə əhalinin ərzağa xərclədiyi vəsaitin məbləği açıqlanıb
İtaliya mətbuatı: Ermənistanın son təxribatları Azərbaycanın strateji tərəfdaşı olan İtaliyanı narahat edir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı
Dillər Universitetində "Çin dili körpüsü" onlayn müsabiqəsi (FOTO)
Azərbaycanda ilk dəfə “Biznes Davamlılığının İdarəetməsi” sertifikatına layiq görülən şirkət “AzInTelecom” oldu
Ermənilərin Azərbaycana məxsus PUA-nı vurması yalanının ifşası (FOTO)
Pərvin Kərimzadə: Düşmənə qarşı milli birlik, həmrəylik nümayiş etdirməliyik
Məhkəmə Ağstafa rayon icra başçısının həbsdə olan müavininin şikayətini rədd etdi
Sahil Babayev: DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir
Baş Prokurorluq: Tovuzda yaşayış məntəqələrinin atəşə tutulması ilə bağlı cinayət işi başlanıb
Şəmkirdə sosial şəbəkələrdə yürüş keçiriləcəyi ilə bağlı saxta məlumat paylaşanlar saxlanılıb (VİDEO)
Ermənistan ağlını başına yığsın – Türkiyə XİN
Şəhid ailələri və müharibə əlillərinə 200 mənzil və 100 avtomobil veriləcək
Ermənistanda koronavirusdan ölənlərin sayı 607 nəfərə çatıb
Ermənistana məxsus PUA məhv edilib
Kaliforniyada yaşayan azərbaycanlılar Ağ ev administrasiyasına petisiya ünvanlayıblar
Tovuzda baş verənlər Türkiyədə yaşayan azərbaycanlıları ayağa qaldırıb (FOTO)
ARDNF-nin ilk 6 ayda neft və qaz sazişləri ilə bağlı daxilolmaları 5 milyard manata yaxın olub
Siyavuş Novruzov: Radikal ünsürlər Ermənistanın təcavüzkar siyasətini dəstəkləməkdən çəkinmirlər
Leysan Yaponiyada 15 mindən çox binaya ziyan vurub
Müdafiə Nazirliyi: Azərbaycana məxsus tank vurulmayıb
Deputat: Uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti təxribatlar törətməklə diqqəti yayındırmağa çalışır
BTA Azərbaycanın dövlət sərhədində baş verənlərlə bağlı bəyanat yayıb
Bu ilin birinci altı ayında dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlanıb
Vaqif Dərgahlı: Ermənilərin Azərbaycana məxsus 13 PUA-nı vurması yalandır
Hazırda su anbarlarında cəmi 11,3 milyard kubmetr su var - RƏSMİ
Deputat: Ermənistanın təxribat törətməklə KTMT dəstəyini qazanacağı arzusu elə arzu olaraq da qaldı
Bütün xəbərlər