...

Avropa Liqasının final oyunu ilə bağlı idxal olunan mallar gömrük rüsumlarından azad edilir

Siyasət Materials 16 May 2019 18:34 (UTC +04:00)
Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Avropa Liqasının final oyunu ilə bağlı idxal olunan mallar gömrük rüsumlarından azad edilir

Bakı. Trend:

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliyə əsasən, “Gömrük tarifi haqqında” qanuna aşağıdakı məzmunda 20.0.21-ci maddə əlavə edilir:

“20.0.21. Azərbaycan Respublikasında keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təsdiqedici sənəd əldə edən həmin oyunlarda iştirak edən və ya oyunların təşkilinə və ya keçirilməsinə cəlb olunmuş şəxslər tərəfindən həmin oyunlarla bağlı malların idxalı.”.

Qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti