Bakı. Elnur Bağışov - Trend:
İran Prezidentinin göstərişi ilə xarici turistlər bundan sonra pasportlarına möhür vurulmadan və qeyd olunmadan bu ölkəyə səfər edə bilərlər.
Trend-in məlumatına görə, bunu İran dövlətinin sözçüsü Əli Rəbii Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Ə.Rəbiinin sözlərinə görə, İran prezidenti Həsən Ruhaninin göstərişi ölkə daxilində bütün aeroportlarda icra olunacaq.
Sözçü əlavə edib ki, ABŞ-ın iqtisadi savaş siyasəti nəzərə alınarsa, hər bir turistin İrana səfər etməkdən çəkinməsi və ya səfər etdiyi halda sanksiya ilə üzləşməsi mümkündür.
İran bu yolla ölkəyə gələn turistlərin sayını artırmaq istəyir.