Vüqar Rəhimzadə: Prezidentin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir

Vüqar Rəhimzadə: Prezidentin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir

Bakı. Trend:

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi gələcəyimizə hesablanmış sosial-iqtisadi inkişaf konsepsiyasının prioritet istiqamətlərindəndir. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu fikri bildirir ki, vətəndaş amili həyata keçirilən siyasətin önündə dayanır. İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da öz əksini tapmalıdır.

Bu fikirləri Trend-ə YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə sosial sahədə dərinləşən islahatlara, dövlət başçısı İlham Əliyevin son sərəncamlarına münasibət bildirərkən söyləyib.

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycanın dünyaya səs salan və yüksək səviyyədə təqdir olunan yeni iqtisadi və sosial inkişaf modeli qarşıdakı illərin aydın mənzərəsini yaradır: "Təbii ki, bu uğurlara yol açan əsas faktor təkmil islahatlar, zamanın tələbinə uyğun yeniləşmə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməkdir. Sistemli xarakter daşıyan islahatların nəticəsi olaraq Azərbaycan bu gün beynəlxalq aləmdə sosial dövlət kimi tanınır və nüfuz qazanır. Yoxsulluq kimi sosial bəlanın aradan qaldırılması, işsizlik probleminin həlli istiqamətində atılan addımlar, məşğulluq strategiyasının uğurlu icrası, iqtisadi imkanlar fonunda artan maliyyə imkanlarının mühüm sosial-iqtisadi layihələrə yönəldilməsi, ən əsası sosial siyasətin əsas tərkib hissəsi olaraq əməkhaqqı və pensiyaların mütəmadi olaraq artırılması bir daha bu reallığa əsas verir ki, ölkəsinin davamlı inkişafı, xalqının yüksək rifahı üçün çalışan ölkə Prezidentinə xalqın dəstəyi, etimadı böyükdür. Cari ilin əvvəlində dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə səsləndirilən «2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır» əminliyi də məhz cari ilin arxada qalan aylarında atılan addımlara, həyata keçirilən təkmil islahatlara, dövlətimizin başçısının əhalinin rifahına ciddi dəstək olan yeni sosial paketinə əsaslanır"

Vüqar Rəhimzadə bildirib ki, ötən illərdən başlanan sosial, xüsusilə əməkhaqqının artırılması ilə bağlı islahatlar gündən-günə dərinləşir: “Belə ki, dövlətimizin başçısı İlham Əliyevin imzaladığı Fərman və sərəncamlara uyğun olaraq ötən ilin mart ayından əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin orta hesabla 10 faiz artırılması təmin olundu. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqları 10 faiz artırıldı. Ölkə Prezidentinin sosial siyasət sahəsində cari ilin əvvəlindən atdığı addımlar da davamlılığı ilə diqqət çəkir. Belə ki, möhtərəm Prezidentimizin təqdim etdiyi müvafiq sosial paket çərçivəsində imzaladığı qanunvericilik aktları, xüsusilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması əhali tərəfindən böyük rəğbətlə qarşılandı. Ümumilikdə, cari ilin əvvəllərində həyata keçirilən sosial islahatlar paketi 3 milyona yaxın insanın sosial müdafiəsinin gücləndirilməsi sahəsində inqilabi addım oldu. Bu məqsədlər üçün 1,5 milyard manat vəsait ayrıldı. Cənab Prezident İlham Əliyevin iyunun 18-də minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq minimum əməkhaqqının məbləğinin 250 manat müəyyən edilməsi iqtisadi inkişafın fonunda artan maliyyə imkanlarının ilk növbədə əhalinin yüksək rifahının təmin olunmasına yönəldiyini bir daha nümayiş etdirdi. Cənab İlham Əliyev 2003-cü ilin oktyabrında xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində əməkhaqlarının, pensiyaların ildə ən azı iki dəfə artırılacağı vədini vermişdi. Hər vədini konkret əməli işi ilə təsdiqləyən möhtərəm Prezidentimiz «neft kapitalını insan kapitalına çevirək» tezisini də irəli sürərkən bu məqamı xüsusi qeyd etmişdir ki, burada söhbət təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən getmir. Söhbət həm də ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır".

V.Rəhimzadə diqqətə çatdırıb ki, bu addımlar ölkəmizin davamlı iqtisadi inkişafına söykənir: “Dövlətimizin başçısının təqdim etdiyi yeni sosial paket əhalinin əksər təbəqələrini əhatə edir. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. İlham Əliyevin imzaladığı yeni sosial paket bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin davamı, silsilə tədbirlərin növbəti mərhələsidir. Bu, həmin kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir”.

Baş redaktor onu da əlavə edib ki, atılan bu kimi addımlar bir daha təsdiqləyir ki, özünü dünyaya sosial dövlət kimi təqdim edən müstəqil Azərbaycan Respublikası öz vətəndaşının yüksək rifahının təminatçısıdır: “Möhtərəm Prezidentimizin qərarları bütün dünya üçün sosial inqilab nümunəsidir. Hər zaman vətəndaşının yanında olan, onun qayğısı ilə yaxından maraqlanan, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsinin onda böyük ruh yüksəkliyi yaratdığını bəyan edən dövlətimizin başçısına milyonların sevgisi şəksizdir, etimadı tükənməzdir. Dövlət o zaman güclü, qüdrətli, xalq o zaman xoşbəxt olur ki, onun bugününü, sabahını düşünən Prezidenti vardır. Cənab İlham Əliyev son 15 ildən artıq dövrdə gördüyü işlər, atdığı addımlarla 2003-cü ildə KİV nümayəndələrinə ilk müsahibəsində «Əlbəttə, sosial məsələlər, ordu quruculuğu, qaçqın-köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması, əziyyət içində yaşayan insanların, pensiyaçıların həyat səviyyəsinin yaxşılaşdırılması, onların taleyi ilə ciddi məşğul olacağam. Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin» fikirlərini təsdiq edir".

"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə  açıq müsabiqə elan edir
Bakı Limanı üfüqi yonma və tornaçı vintaçan dəzgahlarının satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Dəniz Limanı xəbərdaredici nişanların satınalması üzrə açıq müsabiqə elan edir
Loading Bars
Xəbər lenti
Faktiki hava: Bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb
Qazaxda tank əleyhinə raket tapılıb (FOTO)
Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır
Çinin şimalında zəlzələ baş verib
Atəşkəs rejimi 43 dəfə pozulub
Qırğızıstanda zəlzələ baş verib
ABŞ-da baş verən atışmada 2 polis əməkdaşı həlak olub
Bir qrup rusiyalı həkim pandemiya ilə mübarizədə kömək etmək üçün Azərbaycana gəlir
Şirvanda yanğın olub
Məşhur hindistanlı aktyor koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib
Qazaxda hərbi təyinatı olmayan metal əşya tapılıb
ABŞ-da sutkada 71 mindən çox insan koronavirusa yoluxub
Binəqədidə yaşayış binasında yanğın olub
İranda yaşayış binasında qaz partlayıb
FHN: Yağış sularının dolduğu ərazilərdə təxirəsalınmaz tədbirlər həyata keçirilir
Moskvada koronavirusdan daha 27 nəfər ölüb
Türkiyədə koronavirusdan sağalanların sayı 193 min nəfəri ötüb
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
213 obyektdə sanitar-epidemioloji tələblər pozulub
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
Ananı məqsədlərinə alət edən qardaşlar: Emin və Mehman Hüseynovlar nəyi demək istəmirlər? - TƏFƏRRÜATLAR (VİDEO)
Abşeronda avtomobil yanıb
DİN, Baş Prokurorluq və Kənd Təsərrüfatı Nazirliyi keçirdikləri birgə əməliyyatla bağlı məlumat yaydı (VİDEO)
Nepalda sel və torpaq sürüşməsi qurbanlarının sayı 40-a çatıb
Rusiyada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmadı
Azərbaycan XİN: Ermənistan rəhbərliyi apardıqları siyasətə görə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində tamamilə tək qalıblar
Çində zavodda partlayış baş verib
Baş Nazir bağlanan 3 bankla bağlı Konstitusiya Məhkəməsinə sorğu gondərdi
“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir
Azərbaycanda havanın temperaturu 38 dərəcəyə yüksələcək
BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub
Pendirin orqanizmə faydaları və təhlükələri
Heydər Əliyev Fondu daha bir şəhid ailəsinə dəstək oldu (VİDEO)
Qırğızıstanda ötən gün 552 nəfər koronavirusa yoluxub
Azərbaycanda koronavirusdan sağalan 90 yaşlı nənə - Onu siz də tanıyın (VİDEO)
Bağ evində narkotik əkib-becərən keçmiş məhkum saxlanılıb (FOTO)
Nazirlik verilən 190 manata qarpız alaraq parçalayan şəxslə bağlı məsələyə münasibət bildirdi
ABŞ-da 66 mindən çox yoluxma qeydə alındı
Prokurorluq Ucar sakininin döyülərək öldürülməsi ilə bağlı məlumat yayıb
Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi
AzMİU-nun magistratura səviyyəsinə onlayn qeydiyyat davam edir
Xızıda körpünün altından 13 ədəd zenit top mərmisi və patronlar tapıldı (FOTO)
Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub - Bəhruz Quliyev
Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu, 514 nəfər sağaldı, 6 nəfər öldü
Cəlilabadda karantini pozan 6 obyekt aşkarlanıb
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
Ekspert: Pik saatlarda yalnız avtobuslarla Bakının sərnişindaşıma tələbatını ödəmək çətindir
Azər Badamov: Azərbaycan BMT-nin hesabatında tutduğu mövqeyinə görə regional liderdir
Şəkidə təkrar qarğıdalı əkini aparılır (FOTO)
İsmayıllıda 900 kq-dan artıq narkotik vasitə məhv edilib i(FOTO)
Nizami rayonunda parkın içində tikilən qanunsuz obyekt sökülüb (VİDEO)
AzMİU tələbələri Şuşanın memarlıq abidələrinin bərpa eskiz layihələrini hazırlayıblar (FOTO)
Özbəkistanda həftəsonu günlərində özünütəcrid rejimi tətbiq olunacaq
Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Baş Nazir kolleclərlə bağlı qərar imzalayıb
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb
Gəncədə xəstəxananın hasarının uçması qaz xəttini yararsız hala salıb (FOTO)
Bakıda küçə və yollarda son vəziyyət (FOTO)
AQTA reyd keçirib: 73 obyektdə qayda pozuntusu aşkarlanıb (FOTO)
İran Xəzərdə kilkə ovuna başlayıb
Vladimir Nikiforov: Azərbaycanlı həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf edib (VİDEO)
Kamaləddin Qafarov: Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə həmişə fəal mövqeyi, bu sahədə digər ölkələrlə konkret həmrəyliyi ilə fərqlənib
İranda koronavirusa yoluxanların sayı 255 mini keçib
ABŞ-da 8 min məhbus azad ediləcək
Özünüməşğulluq proqramının 200-dən çox iştirakçısına kiçik bizneslərini qurmaq üçün aktivlər verilib
Naqif Həmzəyev: Soydaşlarımızın girovluqda saxlanılması Ermənistanın insanlıq əleyhinə cinayət əməllərinin sübutudur
Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir - Deputat
Sabah 35 dərəcəyədək isti olacaq
Yol polisi yenidən dayanma-durmaya görə cərimə yazacaq
STP-nin Bəyanatı: STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub
Nepalda daşqın və torpaq sürüşməsi - Onlarla ölü
Samuxda qadının evindən pul və qızıl oğurlayanlar saxlanılıb (FOTO)
Rusiyalı həkim Aleksandr Averyanov: İri şəhərin yarısı eyni anda xəstələnsə, heç bir səhiyyə sistemi buna tab gətirməz
Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub
Türk Hava Yolları Azərbaycana uçuşları artırdı
Rusiyalı həkim: Azərbaycanda reanimasiya şöbələrinin təchizat səviyyəsi heyranlıq doğurur (VİDEO)
Rusiyada daha 6 611 nəfər koronavirusa yoluxdu
UNEC-ə əcnəbilərin sənəd qəbulu davam edir
Gürcüstanda olan Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir
Koronavirusa yoluxan jurnalist Aynur Nəsirova sağalıb
AZAL Ər-Riyaddan çarter reysi ilə 83 həmyerlimizi Bakıya gətirib (FOTO)
Azərbaycan nefti bahalaşıb
Kürdə batan şəxslərdən birinin meyiti tapılıb, digəri axtarılır
Ermənistanda koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib
Tvinninq layihəsinin yekun konfransı keçirilib
Kənar yollarla rayona sərnişin aparan sürücü və müştəriləri həbs olunub (FOTO/VİDEO)
Prezidentə yazırlar: Siz çətin günlərdə xalqımıza böyük dayaqsınız, biz sadə vətəndaşlar da daim sizinləyik
Tədris Terapevtik Klinikasında yeni oksigen generatoru işə salınıb
Deputat: Əhali sayı təxminən Azərbaycanla eyni olan inkişaf etmiş ölkələrdə yoluxma 60-70 mini ötür
Bərpa olunan enerji sahəsinə əlavə investisiyaların cəlbi üzrə tədbirlərin icrası müzakirə edilib
Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Xəzər rayonunda karantin rejimi ilə əlaqədar monitorinqlər davam etdirilir (FOTO)
Xüsusi icazəsi olanların şəxsiyyət vəsiqələri ilə sərnişin daşıyan sürücü tutuldu
Azərbaycan nümayəndəsi növbəti dövr üzrə ÜPİ-nin Xidmət Keyfiyyəti Fondu Şurasının sədr müavini seçilib
Ağsuda mal-qara oğurlayan qəssab saxlanılıb (FOTO)
Venesuelada fövqəladə vəziyyət daha bir ay uzadıldı
Azərbaycan 2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir
Ermənistan sutka ərzində atəşkəsi 49 dəfə pozdu
Aya Sofyada ilk Cümə namazı iyulun 24-də qılınacaq
Sumqayıtda yataqxanada yanğın olub
Bütün xəbərlər