Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib (FOTO)

Bakı şəhər prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib (FOTO)

Bakı. Samir Əli - Trend:

İyulun 18-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları əməkdaşlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, müşavirədə məruzə ilə çıxış edən Bakı şəhər prokuroru İlqar Abbasov bildirmişdir ki, hesabat dövründə şəhərin prokurorluq orqanları cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müəyyən nəticələr əldə etmişdir.

Qeyd olunmuşdur ki, 2018-ci ilin birinci yarımilində şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 5678 hadisə qeydə alındığı halda, 2019-cu ilin birinci yarısında 182 hadisə, yəni 3,2 % azalaraq 5496 hadisə olmuş, qeydə alınmış cinayətlərin açılma faizi 6,7% azalaraq 75,4 %, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 37 hadisə və ya 5,6% artaraq 695 olmuşdur.

2019-cu ilin birinci yarısında qeydə alınmış 37 qəsdən adam öldürmə cinayətinin 1-i istisna olmaqla, 19 qəsdən adam öldürməyə cəhd cinayətinin hamısının açılması təmin edilmişdir.

Hesabat dövründə 28 quldurluq və 103 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Ümumilikdə quldurluq hadisələrindən 7-si, yol-nəqliyyat hdisələrindən isə 5-i bağlı qalmışdır.

2019-cu ilin birinci yarısında şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 590 işdən 252-i, daxili işlər orqanlarının istintaq aparatlarının icraatında olan 6680 cinayət işindən 2183-nün istintaqı tamamlanmışdır.

Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilmişdir.

Müşavirədə xüsusi qeyd olunmuşdur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq müraciətlərin obyektiv və vaxtında araşdırılması, müəyyən olunmuş cədvəl əsasında Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri döğuran səbəb və halların aradan qaldırılmasına, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq artırılmışdır.

Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 8030 müraciət daxil olmuş, onlardan 2586-ı həll edilmiş, o cümlədən 877 müraciət təmin edilmişdir. 2019-cu ilin birinci yarımili ərzində 3997 vətəndaş qəbul edilmişdir.

Göstərilənlərlə yanaşı, müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında prokurorluq orqanlarına verilmiş tövsiyələrin yerinə yetirilməsi istiqamətində işlərin uğurla davam etdirildiyi vurğulanmışdır.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar diqqətə çatdırılmış, bağlı qalmış qəsdən adam öldürmə, quldurluq, oğurluq və yol nəqliyyat hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsində, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanmışdır. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları və süründürməçilik hallarının gələcəkdə təkrarlanmaması məqsədi ilə ətraflı müzakirə edilərək nöqsanların aradan qaldırılması istiqamətində konkret tapşırıqlar verilmişdir.

Müşavirədə həmçinin qeyd olunmuşdur ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə müxtəlif xətalar törətdiklərinə görə 4 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 3 nəfərə töhmət, 1 nəfərə isə şiddətli töhmət elan edilmişdir.

Tələb edilmişdir ki, prokurorluq əməkdaşlarının dövlət başçısı cənab İlham Əliyevin dövlət qulluqçularının xidməti və xidmətdən kənar məmur-vətəndaş münasibətlərini müəyyən edən proqram xarakterli çıxışlarından ciddi nəticə çıxarılması, eləcə də xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Əməliyyat müşavirəsində Bakı şəhər prokurorunun müavini Azər Əsgərov və rayon prokurorları hesabat dövründə prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişlər.

Yekunda şəhər prokuroru İlqar Abbasov hər bir prokurorluq əməkdaşının prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən böyük etimadı doğruldacağına, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi sahəsində öz qulluq və vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə etmişdir.

Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Azərbaycan irimiqyaslı enerji layihələrində özünü etibarlı tərəfdaş kimi tanıdıb - Baş katib
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Azərbaycan nefti iki dollardan çox bahalaşıb
Loading Bars
Xəbər lenti
Şimali Koreya Yaponiya dənizi istiqamətində naməlum mərmi atıb
Çexiya XİN ölkə siyasətçilərinin Pekin Olimpiadasını boykot edəcəklərini bildirib
PwC 2022-ci ildə qlobal iqtisadi artımı 4,5% proqnozlaşdırır
ABŞ Əfqanıstan səfirliyini bağlayaraq, diplomatları toxunulmazlıqdan məhrum etmək niyyətindədir
Futzal üzrə Azərbaycan millisi 7 qat Avropa çempionu İspaniya yığması ilə heç-heçə edib
Kosmosda müəmmalı enerji mənbəyi aşkar edilib
İsrail-Türkiyə münasibətlərində yeni dövr başlaya bilər
Cənubi Afrika Respublikasında potensial təhlükəli yeni koronavirus aşkar edilib
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı bəyanat verib
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcəsini illik 0-0,25% səviyyəsində saxlayıb
Rusiya və Ukrayna liderlərini Türkiyədə bir araya gətirib sülhün yenidən qurulmasına yol aça bilərik - Ərdoğan
Azərbaycan-Pakistan investisiya qoyuluşu imkanları barədə fikir mübadiləsi aparılıb (FOTO)
Brent markalı neftin qiyməti son 7 ilin maksimum göstəricisinə çatıb
Mingəçevir Dövlət Universiteti Aqrar Elm və İnnovasiya Mərkəzi əməkdaşlıq edəcək (FOTO)
Videogörüntüdəki müəllimə niyə töhmət verilib? - Açıqlama
Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
ABŞ-ın yeni səfiri etimadnaməsini Türkiyə prezidentinə təqdim edib
DİN məktəblərdə "patı" satışı ilə bağlı iddialara cavab verib
ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti təkliflərinə yazılı cavab verib
Əmək pensiyaları avtomatik qaydada necə hesablanır?
Qoca qitədə yeni ordu - NATO-ya alternativ, yoxsa dəstək?
Parklanma qaydalarının pozulmasına görə cərimələrin artması effektiv nəticə verə bilər - Ekspert
Astaraçay üzərindəki avtomobil körpüsü “Şimal-Cənub” dəhlizinin inkişafında böyük nailiyyətdir
1-ci Qarabağ müharibəsindən bəri 3 890-a yaxın Azərbaycan vətəndaşı itkin sayılır
Böyük maraqla izlənilən “Azercell Hackathon 2022” yarışması başa çatdı! (FOTO)
Ceyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək iclasına dəvət edilib
Ombudsman ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda çıxış edib
Gömrük Akademiyasının əməkdaşlarına ISO standartları üzrə növbəti sertifikatlar təqdim olunub (FOTO)
“Smart sərhəd buraxılış məntəqəsi” həllərinin hazırlanması nəzərdə tutulub - Səfər Mehdiyev
Daha iki ölkə vətəndaşlarının təyyarə ilə Azərbaycana gəlməsinə icazə verildi
Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər (FOTO)
Unibankın aktivləri 1 milyardı keçdi
“Media haqqında” yeni qanun layihəsi müasir tendensiyalara cavab verir - Əhməd İsmayılov
Azərbaycanda ötən il baş verən təbii və texnogen mənşəli hadisələrin sayı açıqlanıb
Azərbaycan Türkiyəyə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq
AccessBank 2021-ci il üzrə maliyyə hesabatını açıqladı
Heydər Əliyev Mərkəzində əfsanəvi skripkaçı və musiqi xadimi Gidon Kremerin 75 illiyinə həsr olunan konsert baş tutacaq
Yanvarın 27-nə USD/AZN rəsmi məzənnəsi
AZAL-ın Bakı-İstanbul üzrə təxirə salınan reyslərinin sərnişinləri yola salınıb
Təhsil krediti üçün 5 mindən artıq tələbə müraciət edib
Bank Respublika 2021-ci ildə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib!
DOST Agentliyinin İdarə Heyətinin iclası keçirilib (FOTO)
Sosial proqramların uğurlu icrası vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynayır - Vüqar Rəhimzadə
Jurnalistlər üçün təşkil edilmiş 3 günlük təlimlər başa çatıb (FOTO)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda koronavirusa yoluxanların sayı 3 mini keçdi
Rixard Zorgenin qalıqları Rusiyada dəfn oluna bilər
Azərbaycanlı müxalifətçi Böyük Britaniyada cinsi təcavüzə görə həbs olunub
Gənc istedadlarımız Azərbaycan mədəni irsinin süni intellektlə vəhdətini dünyaya təqdim edəcək (VİDEO)
Bakıda yaşayış binasında başlayan yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Qanunsuz fəaliyyət göstərən kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb
Çində 88 milyon ton neft ehtiyatı aşkarlanıb
Bərdədə yas mərasiminin qarşısı alınıb
Daha ağır xəstəlik keçirmək istəmiriksə, “buster” doza olunmalıyıq - İnfeksionist
Dövlət Gömrük Komitəsi illik büdcə proqnozuna 111,4% əməl edib (FOTO)
Yoluxmaların 90 faizindən çoxu "omikron"la əlaqəlidir - Təyyar Eyvazov
Pandemiya bitəcək, amma koronavirus həyatımızın bir hissəsi kimi qalacaq - Təyyar Eyvazov
Bakıda bu küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İqlim dəyişmələri planet üzərində addımlayır- Umayra Tağıyeva
“Omikron” ştammına yoluxmasından şübhələnənlər nə etməlidir?
"Omikron" viruslu şəxslə yaxın təmasda olanların əksəriyyəti yoluxur - İnfeksionist
“Facebook”da Baş Prokurorluğun adından saxta hesablar açılıb
"Omikron" ştammının inkubasion dövrü daha qısadır - Təyyar Eyvazov
Səhiyyə qurumları vətəndaşlara növbəti dəfə çağırış edib
Etibarlı COVID-19 pasportu olmayanlar bu xidmətlərdən istifadə edə bilməyəcəklər - SİYAHI
İlin ən böyük inşaat xəbəri (FOTO)
Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır (FOTO)
Bu şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək
Paytaxtda qeyri-qanuni tikintinin qarşısı alınıb (FOTO/VİDEO)
İran Prezidenti Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
“Azneft” İstehsalat Birliyi 2021-ci ili müsbət göstəricilərlə başa vurub
Yayılan videoya görə müəllimə töhmət verildi, şagirdlərdən izahat alınıb
Azərbaycan XİN Milli Gün münasibətilə Hindistanı təbrik edib
Azərbaycanda nar bağlarının sığortası başlayıb
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri BSU-da imtahan sessiyasının monitorinqini keçiriblər (FOTO)
Binə qəsəbəsində evlərdən və mebel sexindən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Müdafiə nazirinin İrana rəsmi səfəri davam edir (FOTO)
Azərbaycanda dini qurumların qeydiyyata alınması qaydası dəyişir
İran hər zaman Azərbaycanın yanında olacaq - İranın Baş Qərargah rəisi
"Smart Qarabagh" hakatonuna sən də qoşul və ideyalarını 10 min dollar mükafatı uğrunda sına
Rusiya şirkətləri azad edilmiş ərazilərin bərpasında iştirak üçün 14 müraciət edib - Səfir
Bakıda batut gimnastikası üzrə Dünya kuboku keçiriləcək
Gəncənin sabiq icra başçısını güllələyən şəxs ittihamlarla razılaşmır
"Tarix fakültəsinin tanınmış məzunları ilə görüş"ün ilk qonağı deputat Naqif Həmzəyev olub (FOTO)
Azərbaycanda nəzirləri kartla və onlayn vermək mümkün olacaq
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətləri əlindən alına bilər
Rusiya ilə Azərbaycan arasında aviadaşımaların sayı artıb - Boçarnikov
Moskva Prezident İlham Əliyevin üçtərəfli işçi qrupu ilə bağlı yanaşmasını bölüşür – Boçarnikov
Sabah Bakıda sulu qar yağacaq, külək əsəcək
“VTB Bank (Azerbaijan)” ötən il ərzində aktivlərini 24%, xalis mənfəətini 9,1% artırıb
Rusiyadan Azərbaycana yeni biznes missiyalar planlaşdırılır
Orqan transplantasiyası icbari tibbi sığorta çərçivəsində qarşılanacaq
Sumqayıtda məktəbliyə siqaret satan şəxs cərimələnib (FOTO/VİDEO)
Rusiya səfiri "Lukoyl"un Azərbaycandakı işini qiymətləndirib
Nikol Paşinyan yenə koronavirusa yoluxub
Tikinti biznesinə dair ictimai müzakirələr təşkil olunub (FOTO)
Azərbaycan və Ermənistan ictimaiyyət nümayəndələrinin görüşləri münasibətlərin normallaşmasına xidmət edəcək - Səfir
Rusiya səfiri Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının mümkünlüyünü şərh edib
Azərbaycan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulmasına birinci dərəcəli diqqət yetirir - Azərbaycanın BMT-dəki nümayəndəsi
"3+3" formatı üzv ölkələrin ticari-iqtisadi əməkdaşlığını genişləndirməyə imkan verəcək - Boçarnikov (FOTO)
Bütün xəbərlər