Bakı. Trend:
Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq oktyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Mun Hi-sanqı hava limanında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşıladılar.