...

Əlcəzair Prezidenti: Münaqişələr terrorun yayılmasına yol açır

Siyasət Materials 25 Oktyabr 2019 17:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Dünya ictimaiyyəti birgə həll yolu tapmasa, bütün dövlətlər terrordan əziyyət çəkəcək.

Trend-in məlumatına görə, bunu Əlcəzair Prezidenti Abdelkader Bensalah Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə deyib.

Prezident qeyd edib ki, münaqişələr terrorçuluğun yayılmasına yol açır: “Əlcəzair həmişə Qoşulmama Hərəkatına üzv dövlətlərə dəstək verib. Biz Qərbi Saxara xalqlarına da dəstək verilməsini istəyirik. Qərbi Saxara ilə bağlı BMT-nin məruzəçisinin təyin edilməsini dəstəkləmişdik. Biz Qoşulmama Hərəkatına üzv dövlətlərdən Qərbi Saxarada xalqın öz müqəddəratını təyin edilməsini dəstəkləməyi xahiş edirik”.

Əlcəzair Prezidenti ölkəsinin sülhü dəstəklədiyini vurğulayıb: “Biz Bandunq prinsiplərinə sadiq olmalı, mübarizəmizdə dinc vasitələrdən istifadə etməliyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti