Bakı. Trend:
Sudan Respublikası Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Azərbaycana səfəri oktyabrın 26-da başa çatıb.
Trend-in məlumatına görə, Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola saldılar.