Qəbələdə yeni açılan yol kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq - FOTO (ÖZƏL)

Qəbələdə yeni açılan yol kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olacaq - FOTO (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Qəbələ rayonunun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolların yenidən qurulması işləri yekunlaşdırılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli bildirib ki, oktyabrın 28-də Prezident İlham Əliyevə təqdim olunan avtomobil yollarının ümumi uzunluğu 37 km təşkil edir:

"Qəbələ rayonunun Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx, həmçinin Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolları IV texniki dərəcəlidir. Yollar uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdi. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdu. Yolların səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə olduğundan, torpaq yataqları atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin eni yolun texniki dərəcəsinə uyğun gəlmirdi.

Sadalanan qüsurların aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq addımlar atılıb. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların hazırda hərəkət hissələrinin eni genişləndirildikdən sonra 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihəyə uyğun olaraq, yolların mövcud örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hisələr qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yataqları avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasların alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 200 min kv.m-dən çox sahəni əhatə edib.

Yenidənqurma işləri çərçivəsində yollarda süni qurğuların inşası və əsaslı şəkildə bərpası da aparılıb. Belə ki, yollar boyu mövcud avtomobil körpüləri və körpü məhəccərləri təmir edilib, mövcud suötürücü borular istismar üçün yararsız vəziyyətə düşdüyündən yolun altından suların ötürülməsi üçün mövcud olan suötürücü borular bərpa olunub və müxtəlif diametrli 1.9 km uzunluğunda metal və dəmir-beton suötürücü boruların, həmçinin 42 metr uzunluğunda su keçidlərinin inşası işləri görülüb".

A.Nəcəfli bildirib ki, “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, əlaqələndirici bitum səpilməklə yol örtüklərinin alt və üst layları 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib:

"Həmçinin Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilib.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün yollar boyu yol nişanları, siqnal dirəkləri və km göstəriciciləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə müasir yol infrastrukturu yaradılıb.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, başlanğıcını respublika əhəmiyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolundan götürən və 18 km uzunluğa malik Nic-Mıxılqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolu 10 mindən artıq əhalinin yaşadığı 8 yaşayış məntəqəsini əhatə edir. Yollar "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulub.

Təbii ki, sözügedən yollar torpaq və çınqıl örtüklü olduğu üçün gediş-gəlişdə yaşanan çətinliklər yolun yenidən qurulması ilə geridə qalıb, ən əsası respublika əhəmiyyətli avtomobil yollarına çıxış əldə olunmaqla 19 yaşayış məntəqəsinin hər birinə müasir infrastruktur, rahatlıq və abadlıq gəlib. Bununla da yol boyu yaşayan 18 mindən artıq əhalinin gediş-gəlişi həm təhlükəsiz olub, həm də xeyli rahatlaşmaqla yük və sərnişin daşıması asanlaşıb. Bu amillər isə kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir etməklə vətəndaşların sosial rifahının yüksəlməsinə səbəb olur".

Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
"Azərişıq" kommunikasiya strategiyası hazırlayıb
Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)
Yüksəkgərginlikli işıq xətləri yeraltı kabellərə keçirilir (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayəti - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
MDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA
Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)
Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub (VİDEO)
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)
Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər (VİDEO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Qaxda avtomobillər toqquşub, ölən və yaralanan var
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb
20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bakı-Şamaxı-Yevlax yolu buzdan təmizlənib, hərəkət bərpa olunub (VİDEO)
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Dairə və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO/VİDEO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb (FOTO/VİDEO)
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqamətində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Gömrük Akademiyasında Polşanın ölkəmizdəki səfiri ilə görüş keçirilib (FOTO)
Ceyhun Bayramov AEBA-nın rəhbəri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” Günü keçirilib (FOTO)
Aİ nümayəndəliyinin rəhbəri 20 Yanvar faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 32-ci ildönümüdür
"Trendyol" malları birbaşa alıcıların evinə çatdıracaq
Ərdoğanın Ukraynaya səfərinin tarixi məlum olub
Türk Dövlətləri Təşkilatı 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Saatlıda karantin qaydalarının pozulduğu toy məclisi aşkarlandı
Azərbaycan hər hansı qeyd-şərt olmadan delimitasiya prosesinə başlanılmasının tərəfdarıdır - Nazir
“Müstəqilliyə gedən yolun şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda videokonfrans keçirilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edilib (FOTO)
Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür - Səfir
Azərbaycanda əsasən hansı ölkələrin vətəndaşları təhsil alır?
1400-dən çox şəxs bu əməlinə görə cərimə edilib
Ölkədə minik avtomobillərinin istehsalı artıb
Azərbaycanda pensiyaçıların sayı açıqlanıb
Azərbaycan 2021-ci ili yüksək iqtisadi artım tempi ilə başa vurdu - TƏHLİL
Bütün xəbərlər