Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir

Bakı. Trend:

Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir.

Trend-in məlumatına görə, bunu Rusiya Federasiyasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 21-də Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevlə görüşü zamanı deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva qeyd edib: "Hər şeydən əvvəl Sizin ölkənizə rəsmi səfərə dəvətə görə Rusiya Federasiyasının rəhbərliyinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən yenidən Moskvada olmağıma çox şadam. Moskva mənim üçün doğma şəhərdir. Mənim tələbəlik illərim burada keçib. Sizinlə görüşə çox şadam. Həmçinin fürsətdən istifadə edərək Sizə Azərbaycan Respublikasının Prezidentinin salamlarını və ən xoş arzularını çatdırmaq istərdim.

Azərbaycan Rusiya ilə qarşılıqlı münasibətlərə müstəsna dərəcədə böyük əhəmiyyət verir. Ölkələrimizi möhkəm, qədim dostluq və mehriban qonşuluq əlaqələri birləşdirir. Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi, həmçinin hər iki tərəfin birgə səyləri sayəsində bu gün münasibətlərimiz strateji tərəfdaşlıq kimi xarakterizə olunur. Fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya prezidentləri mütəmadi olaraq görüşlər keçirirlər. Bu görüşlər demək olar ki, bütün sahələrdə münasibətlərin inkişafına güclü impuls və dinamizm verir.

Şübhəsiz ki, iqtisadi əməkdaşlıq bizim ikitərəfli gündəliyimizin ən mühüm komponentlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, qeyri-neft məhsullarının idxalı üzrə birinci yeri tutur. Əgər biz göstəricilərə baxsaq, onlar böyük nikbinlik doğurur. Biz hər il artım qeyd edirik, əmtəə dövriyyəsi artır. Ötən il 19 faiz artım olub və 2,6 milyard ABŞ dolları təşkil edib. Bu ilin 9 ayında isə artım 24 faizə çatıb. Yəni, bu göstəricilər olduqca nikbindir. Qarşılıqlı sərmayə qoyuluşu artır. Azərbaycan iqtisadiyyatına yatırılan Rusiya sərmayələrinin həcmi 4,9 milyard dollardır, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə qoyub. Mühüm olan odur ki, hökumətlərarası komissiyanın təhlilinə görə, bu potensialdan tam şəkildə istifadə edilməyib, daha 2-3 dəfə artım mümkündür.

Hörmətli Dmitri Anatolyeviç, Siz regionlararası əməkdaşlığı qeyd etdiniz. Həqiqətən, bu, bizim ikitərəfli qarşılıqlı fəaliyyətimizin çox mühüm tərkib hissəsidir. Mənim səfərim çərçivəsində X regionlararası forum keçiriləcək. Turizm sahəsində yaxşı göstəricilər var. Rusiyadan bizim ölkəmizə səyahət edən turistlərin sayı artır. Ötən il 900 min rusiyalı Azərbaycanda olub. Cari ildə həmin göstəricinin artacağı gözlənilir.

Əlbəttə, mən humanitar əlaqələrimizdən danışmaq istəyirəm. Çünki hesab edirəm ki, ölkələrimiz arasında humanitar əlaqələr, xüsusən təhsil sahəsində nümunəvidir. Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar. Bizim ölkəmizdə rus dilində təhsil tam şəkildə qorunub saxlanılıb, 338 məktəbdə tədris rus dilində aparılır, 14 ali məktəbdə rus dilində bölmələr var, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi pilot layihəsi uğurla həyata keçirilir. Əlbəttə, ali təhsil səviyyəsində qarşılıqlı fəaliyyət var. Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları Azərbaycanda uğurla fəaliyyət göstərir. Düşünürəm ki, bu sahədə də böyük potensial mövcuddur. Ümidvaram ki, gələcəkdə əməkdaşlığımız bütün sahələr üzrə genişlənəcək, ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcək.

Səmimi qəbula, qonaqpərvərliyinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirmək və ən xoş arzularımı çatdırmaq istəyirəm. Sağ olun".

Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Hacı Zeynalabdin Tağıyevin abidəsi bürünc-tunc qarışığından hazırlanıb - Xanlar Əhmədov
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Türkiyədə “Azərbaycan düşüncə tarixi” kitabı nəşr olunub
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Əfsanəvi opera, qüsursuz ifalar, parlaq aktyorluq - Traviata təqdim olundu (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Ceyhun Bayramov Vyanada 20 yanvar faciəsinə həsr olunmuş tədbirdə iştirak edib (FOTO)
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Avropada qazın qiyməti min kubmetr üçün 900 dolları keçib
Bakıda mənzildən qadın meyiti tapılıb
Ceyhun Bayramov OPEC-in baş katibi ilə görüşüb (FOTO)
Ceyhun Bayramov avstriyalı nazirlə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Tehran Rusiya qazının Azərbaycandan İranın cənubuna svop tədarükünü təklif edib
Türkiyə və İsrail XİN rəhbərləri arasında telefon danışığı olub
Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi
Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlanıb
Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib
Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib (FOTO)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib
ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)
Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Can Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram - Fuat Oktay
Acunun İngiltərədə klub aldığı rəsmiləşdi
Saatlıda ərzaq mağazası yanıb
Ukraynada 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb (FOTO/VİDEO)
MDU-nun Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbir keçirib (FOTO)
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayəti - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
MDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA
Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)
Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub (VİDEO)
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)
Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər (VİDEO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Qaxda avtomobillər toqquşub, ölən və yaralanan var
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb
20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bakı-Şamaxı-Yevlax yolu buzdan təmizlənib, hərəkət bərpa olunub (VİDEO)
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Dairə və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO/VİDEO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Bütün xəbərlər