...

MSK KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib

Siyasət Materials 27 Noyabr 2019 14:43 (UTC +04:00)
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində “Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçası hazırlayıb.
MSK KİV nümayəndələri üçün yaddaş kitabçası nəşr etdirib

Bakı. Trend:

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar maarifləndirmə proqramı çərçivəsində “Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyindən Trend-ə verilən məlumata görə, layihə kütləvi informasiya vasitələrinin bələdiyyə seçkilərindəki sərbəst fəaliyyətinin daha da təkmilləşdirilməsi və onlara metodiki kömək göstərilməsinə hədəflənib.

Nəşrdə seçki prosesinin ictimailəşdirilməsi, aşkarlığın və şəffaflığın təmin edilməsi, seçki subyektlərinin maarifləndirilməsi, habelə seçkiqabağı təşviqat prosesi və səsvermə günü kütləvi informasiya vasitələrinin rol və vəzifələri geniş izah olunub.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Kütləvi informasiya vasitələri haqqında” Qanun və MSK tərəfindən qəbul edilən normativ xarakterli sənədlər əsasında hazırlanıb.

"Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından və MSK-nın rəsmi internet səhifəsindən (www.msk.gov.az) də əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti