...

Parlamentin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq

Siyasət Materials 29 Noyabr 2019 13:08 (UTC +04:00)
Parlamentin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq.
Parlamentin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

Spiker bildirib ki, Yeni Azərbaycan Partiyası (YAP) parlamentin buraxılması ilə bağlı Milli Məclisə müraciət edib. Məsələyə baxıldıqdan sonra ölkə Prezidentinə müraciət ünvanlanacaq.

Qeyd edək ki, ötən gün YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti