...

Azərbaycan və Rusiya XİN arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr haqqında protokol imzalanıb

Siyasət Materials 3 Dekabr 2019 13:34 (UTC +04:00)
Azərbaycan və Rusiya XİN arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr haqqında protokol imzalanıb.
Azərbaycan və Rusiya XİN arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr haqqında protokol imzalanıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan və Rusiya XİN arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr haqqında protokol imzalanıb.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

E.Məmmədyarov bildirib: "Danışıqlar dolğun keçdi. Azərbaycan və Rusiya XİN arasında 2020-ci il üçün siyasi məsləhətləşmələr haqqında protokol imzalandı. İki ölkə arasında çox yaxşı hüquqi baza var. İqtisadiyyatla bağlı isə deyə bilərəm ki, iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Ümid var ki, dövriyyə ilin yekunları üzrə 3 milyard dollara çatacaq. Azərbaycan Rusiyanın Cənubi Qafqzda əsas ticarət tərəfdaşıdır".

Naziirn sölərinə görə, onlar görüşdə Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər:

"Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyət heç bir nəticə vəd etmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti