...

Dağlıq Qarabağın azərbaycanlı icması Brüsselə səfər edib

Siyasət Materials 4 Dekabr 2019 10:02 (UTC +04:00)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb.
Dağlıq Qarabağın azərbaycanlı icması Brüsselə səfər edib

Bakı. Samir Əli - Trend:

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb.

Trend-in məlumatına görə, icma səfər çərçivəsində bir sıra görüşlər keçirməyi planlaşdırıb.

Qurum rəsmisi Əhməd Mahmudov Trend-ə bildirib ki, icma üzvləri bu gün bir sıra görüşlər keçirəcək, Azərbaycan həqiqətləri barədə bir sıra məlumatlar veriləcək: "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Brüsselə səfəri başlayıb. Burda keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarmızın davamı olacağına əminəm. Erməni diasporunun əsas dayaqlarının yerləşdiyi ölkələrdən olan Belçikada xalqımızın haqq səsini çatdırmaq əsas vəzifəmizdir".

Səfərlə bağlı icma sədri Tural Gəncəliyev isə özünün "Facebook" səhifəsində yazıb: "Maraqlı və məhsuldar görüşlər keçirəcəyik. Dağlıq Qarabağın azərbaycanlı icması və Ermənistanın hərbi təcavüzünün nəticələri haqqında dünyaya səsimizi duyurmağa davam edirik və edəcəyik!".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti